“Sürücülük kursuna yazılan hər 5 nəfərdən 2-si qadınlardır” - MÜSAHİBƏ
Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (KHVTİC) sədri, general-mayor Novruzəli Orucovun Lent.az-a müsahibəsi.
- Son vaxtlar KHVTİC-də başlayan snayper kursları necə gedir, cəmiyyətdə buna nə dərəcədə maraq var?
- Snayper kurslarını açmaqda məqsədimiz ondan ibarətdir ki, gələcəkdə hərbi xidmətə yollanacaq gənclərimiz daha hazırlıqlı olsun. O cümlədən, kursda tək snayper tüfəngindən atəş açmaq deyil, əlbəyaxa döyüş növləri, topoqrafiya, hüquq dərsləri də keçilir. Bu yolla kursantlara silahın saxlanması, əldə olunması və digər məsələlərlə bağlı ətraflı məlumatlar verilir. Onların silahdan başqa məqsədlər üçün istifadə etməmələrini və bunu edəcəkləri təqdirdə cəzalandırılmalarını başa salınır.
- Bu günədək neçə snayper hazırlaya bilmisiniz?
- Kursa əvvəlcə 100 nəfər yazılmışdı. Seçim əsasında həm fiziki, həm əqli cəhətdən sağlam, həmçinin intellektual səviyyəsi olan 32 nəfəri qəbul etdik. Onlardan isə cəmi 23 nəfəri imtahanlardan uğurla keçib tam peşəkar bir snayper kimi müdavim oldu.
- Bu layihəni nə vaxtadək davam etdirmək fikriniz var?
- Nə qədər ki, həvəskar, könüllü snayperlərimiz olacaq davam edəcəyik. Bu, məcburi bir kurs deyil. Bununla bağlı dövlət tərəfindən də hər hansı tapşırıq verilməyib. Bəzən deyirlər ki, bununla bağlı tapşırıq verilib, ermənilərlə mübarizə aparmaq, qan tökmək üçün. Bu, şəxsən bizim cəmiyyətin təşəbbüsü ilə yaradılıb. Bura daxil olan şəxslər də könüllülük əsasında gəlir.
Azərbaycanda snayper kurslarında “İstiqlal” tüfəngindən istifadə olunacaq
- Snayper kursunda iştirak etmək üçün nə qədər pul tələb olunur?
- Bizə dövlətdən pul ayrılmır, təsərrüfat hesabına maliyyələşirik. Gəncləri orduya hazırlamaq üçün, vətənpərvərlik məqsədi ilə bunlar nəzərdə tutulub. Orta məktəb şagirdləri, 8-11-ci sinifdə oxuyanlar üçün kurs pulsuzdur. Digər kateqoriyalara daxil olan şəxslər isə 45 günlük kurs müddəti üçün 50 manat ödəyirlər. Cəmiyyətimiz burada qazanc məqsədi güdmür. Yeri gəlmişkən, bu kursların açılması çox böyük effekt verib. Erməni saytları bütün günü bizim snayper kursları haqqında yazır. Bu da qısqanclığın, qorxunun göstəricisidir. Çünki ermənilərin ən çox qorxduğu şey bizim snayperlərimizdir. Həmçinin, qeyd edim ki, gələcəkdə snayper kurslarında sırf yerli istehsal olan “İstiqlal” tüfəngindən istifadə etmək fikrimiz var. Biz hələ ki, “SVD 7” tüfəngindən istifadə edirik. Bu silah daha yüngüldür. “İstiqlal” isə ağırdır və onun daşınması üçün iki nəfər tələb olunur. Gələcəkdə yəqin ki, “İstiqlal”ın daha kiçik forması da hazırlanacaq.
- Bu gün Azərbaycana daha çox xarici ölkələrdə istehsal olunmuş avtomat sürət qutulu avtomobillər gətirilir. KHVTİC-in kurslarında isə daha çox Rusiya istehsalı olan avtomobillərdən istifadə olunur...
- Biz bu yaxınlarda İtaliyanın FİAT şirkətinin istehsalı olan 25 ədəd “Albera” modeli almışıq. Bakıda fəaliyyət göstərən sürücülük kurslarını bu avtomobillərlə tam təmin etmişik. Həmçinin, gənclərin “VAZ 2107”-yə marağını nəzərə alaraq bu avtomobillərdən də almışıq. Eyni zamanda qanunla avtomat sürət qutulu avtomobillərlə təlim keçirilməsinə icazə verilmir. Mexaniki sürət qutulu avtomobili idarə edəndə sürücü yolu daha yaxşı hiss edir.
- Sürücülük kurslarına daha çox kimlər müraciət edir?
- Son zamanlar qadınların sürücülük kurslarına yazılması həddindən artıq çoxalıb. Deyə bilərəm ki, kurslara yazılan və müdavim olan şəxslərdən hər 5-dən 2-si qadınlardır. Ümumiyyətlə isə gənclər daha çox müraciət edir.
- Balakən aviabazasına yeni təyyarələr almaq fikriniz yoxdur?
- Bir neçə yüngül təyyarə almaq fikrimiz var. Düzdür, bir qədər maddi çətinliklərimiz var. Gələcəkdə buna böyük ehtiyac olacaq. Belə təyyarələr üçün elə böyük aeroport da lazım deyil. Ukrayna istehsalı olan “İcar” tipli 2-4 nəfərlik təyyarələr var ki, onlar üçün havaya qalxmağa 80-90 metrlik məsafə lazımdır. Həmçinin, yüngül vertolyotlar da var və müxtəlif yerlərdə eniş edib qalxa bilərlər. Bu hava nəqliyyat vasitələrini cəmiyyətimizə gətirmək istəyirik. Qiyməti də elə baha deyil. Dediyim təyyarələrin qiyməti 120-150 min dollardır. Bizdə 230-250 minə “Lexus”, “Range Rover” və adını bilmədiyim başqa maşınlar da var. Amma bu təyyarələrin qiyməti 150 mindən baha deyil. Bizdə təyyarəçilik kursları var ki, həmin kurslarda onu necə idarə etməyi də öyrədəcəyik. Birinci partiyada isə 2 ədəd belə təyyarə gətirmək fikrimiz var. Hələ ki, pul yığırıq. Yenə də deyirəm, biz dövlətdən bir qəpik də olsun, pul almırıq. Müxtəlif kurslar vasitəsilə isə külli miqdarda pul yığmaq mümkün deyil. Artıq biz 1500 nəfərdən çox gənc paraşütçü hazırlamışıq. Bu, böyük rəqəmdir. Bunun üçün xeyli zəhmət tələb olunur və biz bu qədər peşəkar paraşütçü hazırladığımıza görə fəxr hissi keçiririk. Onların əksəriyyəti hərbi xidmət yaşınadək olan şəxslərdir. Bir dəfə paraşütdən tullanan şəxsin daxilində bütün qorxu hissləri yox olur.
“13 yaşlı oğlum 8 dəfə paraşütdən tullanıb”
- Bu gün Bakıda xeyli sayda özəl sürücülük məktəbi var və insanlar pul verərək adlarını yazdırırlar...
- Özəl avtomobil kurslarının heç bir maddi-texniki bazası yoxdur. Balaca bir otaq kirayə götürüb, üzərinə “sürücülük məktəbi” yazırlar. İnsanlar da gedirlər ora, adlarını yazdırırlar. Dərs də keçirilmir. Kurs qurtaranda da şəhadətnamə verirlər. Belə bir problemlərlə üzləşirik. Özəl sürücülük məktəblərində adı keçənlərin heç birinə dərs keçirilmir.
-
- Bu məsələ ilə bağlı aidiyyatı üzrə müraciət etmisinizmi?
- Mən həmin məktəb rəislərinin hamısına demişəm ki, dərs keçsinlər. Bilirsiniz, indi demokratiyadır, özəlçiliyə, sahibkarlığa böyük önəm verilir. Lakin onu da fikirləşmək lazımdır ki, avtomobili idarə edərkən, həm öz həyatını, həm sərnişini, həm yolu keçən şəxsi, həm də digər avtomobilləri düşünmək lazımdır. Keçən ilin 10 ayında yol qəzalarında 700 nəfər insan ölmüşdü. Həmin şəxslərin isə əksəriyyəti döyüş qabiliyyəti olan adamlar idi. Mən bir hərbçi kimi deyirəm. Onların içində zabitlərimiz, ehtiyatda olan əsgərlərimiz var idi.
- “Avtoş”ların məsələsi ilə bağlı nə deyə bilərsiniz? Bir müddət əvvəl onlar üçün yeni meydança tikiləcəyini bildirmişdiniz...
- Həmişə demişəm, onlar “avtoş” deyil, avtomobil həvəskarlarıdır. Onlar gələcəyin idmançıları, gələcəyin Şumaxerləridir. Məni bir hərbçi kimi sevindirən odur ki, həmin uşaqlar ürəklidirlər. Onlar arasında Azərbaycanın gələcək milli qəhrəmanları var. Sabah “irəli” komandası verilsə, onlar burada göstərdiyi manevrləri orda hərbi texnika, silah ilə daha yüksək səviyyədə göstərəcəklər. Bilirsiniz, maşını sürmək ürək tələb edir, o da paraşütdən tullanmaq kimi bir şeydir. Ekstrim, adrenalin gənclərimiz hamısı belə şeylərə gedir. Özümdən götürürəm, kiçik oğlum Rüstəm Orucov 13 yaşında paraşütdən tullandı, dünya rekordu göstərdi. Artıq 8 dəfə tullanıb paraşütdən. Daha saxlaya bilmirəm onu. Şəhərdən kənara olarkən maşını elə formada sürür ki, özüm də məəttəl qalıram. Bax, o gənclər üçün yer ayırmaq lazımdır. Güzdəkdə aviasiya mərkəzimiz var. Fikrimiz var ki, gənclər üçün manevrli sahə hazırlayaq. Gənclər gəlsinlər, azarlarını öldürsünlər. Eyni zamanda, şəhərin küçələrində təhlükəli hərəkətlər edərək özlərinin və başqalarının həyatını riskə atanlara da haqq qazandırmıram. Gözləsinlər, bir qədər səbir etsinlər, onlar üçün bütün şərait yaradılacaq. Gedib gecə-gündüz azarlarını öldürərlər. Həmçinin, xaricdən avtomobil həvəskarları üçün xüsusi təhlükəsizlik sistemləri olan avtomobillər gətirməyi planlaşdırırıq. Həmin manevrləri göstərəndə daha heç kimin həyatı üçün təhlükə yaranmayacaq.
Nizam RZA

1698