"Arsenal"ın keçmiş kapitanı, hazırda "Bayer"də çıxış edən Qranit Caka yenidən Premyer Liqaya qayıda bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, iddialara görə isveçrəli futbolçu "Sanderlend"lə müqavilə imzalamağa yaxındır.
Klublar transfer üçün danışıqlar aparır. "Sanderlend" Cakanı Dortmund "Borussiya"sına gedən Cob Bellinqemin əvəzedicisi kimi görür.
Caka şəxsi müqaviləsinin şərtləri ilə razılaşıb və Leverkuzen klubundan ona güzəştə gedilmıəsini xahiş edib.
Xatırladaq ki, Caka 2016-2023-cü illərdə "Arsenal"da çıxış edib.