Şabranda məktəbin yanında QƏZA: ölən və yaralananlar var
23 iyul 2025 09:24 (UTC +04:00)

Şabranda məktəbin yanında QƏZA: ölən və yaralananlar var

Şabranda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən Tofiq Abbasov adına orta məktəbin yaxınlığında qeydə alınıb.

Şəhər sakini olan 24 yaşlı Süleymanov Ramazan Kamran oğlu idarə etdiyi qara rəngli, “Daewoo Gentra” markalı avtomobili məktəbin yaxınlığındakı evin darvazasına çırpıb. Nəticədə sürücü ölüb, iki sərnişin - 20 yaşlı Əhmədov Kamal Orucəli oğlu və 24 yaşlı Kərimov Ümid Dadaş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar