Şuşada Vaqif Poeziya günləri keçirilir
22 iyul 2025 18:37 (UTC +04:00)

Şuşada Vaqif Poeziya günləri keçirilir

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri ilə bağlı tədbirlər Şuşa şəhərində davam etdirilir.

Lent.az APA-ya istinadən xəbər verir ki, tədbirin açılışı Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında olub.

Açılış mərasimində rəsmilər, tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Bağlanış mərasimi 23 iyulda Şuşa şəhərində keçiriləcək.

Qeyd edək ki, Vaqif Poeziya Günləri iyulun 14-də Qazaxda başlayıb, 15-də Gəncədə, 16-da isə Ağdamda davam etdirilib.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin açılış mərasimi keçirilib. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərinin bu istiqamətdə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar