Hollivud ulduzundan ağır xəbər - Yerimək və danışmaq qabiliyyətini itirdi
23 iyul 2025 08:35 (UTC +04:00)

Hollivud ulduzundan ağır xəbər - Yerimək və danışmaq qabiliyyətini itirdi

0

Məşhur Hollivud ulduzu Brüs Uillis afaziya və frontotemporal demans xəstəlikləri səbəbilə gəzmək və danışmaq qabiliyyətini itirib.

Lent.az xəbər verir ki, bu haqda “Express Tribune” qəzeti məlumat yayıb.

“Aktyorun adıçəkilən xəstəlikləri o qədər irəliləyib ki, o, çətinliklə danışa, oxuya və ya yeriyə bilir”, - məqalədə deyilir.

Qəzet buna baxmayaraq aktyorun vəziyyətinin stabil olaraq qaldığını vurğulayıb.

Qeyd edək ki, Brüs Uillis 1955-ci il martın 19-da Almaniyanın İdar-Oberşteyn şəhərində amerikalı ata və alman anadan ibarət ailədə dünyaya göz açıb.

O, “Die Hard”, “Pulp Fiction”, “Armageddon” və “The Fifth Element” filmlərindəki rolları ilə şöhrət qazanıb.

1987-2000-ci illərdə aktrisa Demi Mur ilə evli olub. 2009-cu ildə ingilis aktrisa və model Emma Heminqlə ailə həyatı qurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1936

Oxşar yazılar