Bir qisim media nümayəndəsinə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim olunub.
Lent.az xəbər verir ki, tədbirdə bildirilib ki, yaxın zamanda digər təltif olunan şəxslərə də yubiley medalları təqdim ediləcək.
Tədbirdə "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı, Roza Tağıyeva, Dağbəyi İsmayılov, Cahangir Məmmədli, Mirşahin Ağayev, Flora Xəlilzadə, Vasif Quliyev, Rəhilə Hüseynova, Qulu Məhərrəmli, Müsəllim Həsənov və Bəxtiyar Qaracaya yubiley medalı təqdim edilib.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.