Azərbaycan onu Qazaxıstana təhvil verdi
23 iyul 2025 11:55 (UTC +04:00)

Azərbaycan onu Qazaxıstana təhvil verdi

26 yaşlı Qazaxıstan Respublikasının vətəndaşı Suyunov Darın Alislamoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, adam oğurluğu, qəsdən adam öldürmə və oğurluq cinayətlərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş D.A.Suyunov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar

Bakıda kişi pilləkəndən   yıxılıb öldü

Bakıda kişi pilləkəndən yıxılıb öldü

23 iyul 2025 , 19:33
Ucar yolunda iki "Mercedes"  toqquşdu, 9 nəfər  yaralandı -  YENİLƏNİB

Ucar yolunda iki "Mercedes" toqquşdu, 9 nəfər yaralandı - YENİLƏNİB

23 iyul 2025 , 19:31
Dənizdə daha bir nəfər batdı

Dənizdə daha bir nəfər batdı

23 iyul 2025 , 19:28
Gəncə sakini güllələndi

Gəncə sakini güllələndi

23 iyul 2025 , 19:05
Sevgilisindən ayrılan oğlan özünü binadan atdı

Sevgilisindən ayrılan oğlan özünü binadan atdı

23 iyul 2025 , 17:46
Füzulidə də yanğın BAŞLADI:  helikopter cəlb olundu

Füzulidə də yanğın BAŞLADI: helikopter cəlb olundu

23 iyul 2025 , 17:35
Şəmkir sakini ölü tapıldı

Şəmkir sakini ölü tapıldı

23 iyul 2025 , 17:31
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

23 iyul 2025 , 17:00