Gülüstan qalasında arxeoloji qazıntılara başlanılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu bu ilin iyun ayından etibarən Şamaxı rayonu ərazisində yerləşən Gülüstan qalasında arxeoloji qazıntılara başlayacaq.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasına Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Akif Quliyev rəhbərlik edəcək.
Xatırladaq ki, Gülüstan qalası VIII-XII əsrlərə aid memarlıq abidəsidir və dövlətçilik tariximizdə özünəməxsus yerə malik olan Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından biri olub. Qala XII-XIII əsrlərdə köklü şəkildə yenidən qurulub və möhkəmləndirilib. Gülüstan qalası tarix boyu xəzərlərin, ərəblərin, səlcuqların, gürcülərin, monqolların, Səfəvi və Osmanlı dövlətlərinin yürüşləri zamanı şamaxılıların sığındıqları və müdafiə olunduqları istehkam olub. Orta əsr mənbələrinə görə, qalaya ən böyük zərbə Səfəvi hökmdarları I Təhmasib və I Abbasın dövründə vurulub. Günümüzə qədər qalanın xarabalıqları gəlib çatıb.

575