“2006-cı ildək təqaüdə çıxanların pensiyası 150 manata çatdırılacaq” – MÜSAHİBƏ
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyevin “APA-ECONOMICS”ə müsahibəsi
- Ötən həftə Azərbaycan prezidenti 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım edilməsi barədə sərəncam imzalayıb. Həmin yardımın Sərəncamın şamil olunduğu şəxslərə çatdırılması prosesi necə həyata keçirilib?
- Bildiyiniz kimi, Azərbaycan prezidenti cənab İlham Əliyevin 3 may 2011-ci il tarixli “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” sərəncamı ilə DSMF-yə birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılmışdı. Artıq mayın 4-də sərəncamda nəzərdə tutulmuş müvafiq vəsait Maliyyə Nazirliyi tərəfindən DSMF-nin xüsusi hesabına köçürülüb və dərhal Fond tərəfindən birdəfəlik yardımın sərəncamın şamil olunduğu şəxslərin hesablarına köçürülməsi aparılıb. Proses tam yekunlaşıb və qeyd olunan şəxslər bayrama qədər həmin vəsaiti əldə ediblər. Sərəncama əsasən, bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik yardım göstərilib. Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına isə 200 manat məbləğində birdəfəlik maddi yardım verilib.
Qeyd etmək istərdim ki, Böyük Vətən müharibəsi iştirakçılarına cənab prezidentin sərəncamı ilə hər il birdəfəlik maddi yardım edilməklə yanaşı, onların əmək pensiyalarının artırılması istiqamətində də müvafiq addımlar atılır. Həmin şəxslərin yaşa görə əmək pensiyasının baza hissəsi 2010-cu il yanvarın 1-dən 30 manat artırılmaqla ödənilir. Bu artımın tətbiqi prezidentin 22 iyun 2009-cu il tarixli “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın təsdiq edilməsi haqqında Sərəncamı çərçivəsində həyata keçirilib. Həmin məbləğ hər dəfə əmək pensiyalarının baza hissəsinin artımı səviyyəsinə uyğun olaraq artırılır.
- İnsanları ən çox maraqlandıran məsələ pensiyaların artırılması ilə bağlıdır. Bu sahədə görülən tədbirlər barədə məlumat verərdiniz.
- Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin I rübünün yekunlarına həsr olunmuş sonuncu müşavirəsində vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin edilməsi məqsədilə onların pensiyalarının yenidən hesablanması barədə tapşırıq verib. Bu tapşırığın icrası ilə bağlı DSMF tərəfindən müvafiq orqanlarla birlikdə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb və yuxarı instansiyalara təqdim edilib. Qeyd edim ki, bu tədbir texniki baxımdan çox böyük həcmə malikdir və buna uyğun texniki hazırlıq işləri də sürətlə davam etdirilir.
- Belə aydın olur ki, hazırda yeni sistemlə təyin olunan pensiyalar daha yüksək məbləğlərlə ifadə olunur. Bu, bir tərəfdən yeni sistemin üstünlüyünü təsdiqləyir, digər tərəfdənsə hazırkı və əvvəlki qanunvericiliklə təyin olunmuş pensiya məbləğləri arasında fərqi şərtləndirir.
- Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən köklü islahatlar nəticəsində 2006-cı ildən müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli fəaliyyət göstərir. Bu modelin əsas prinsipi hər bir sığortaolunana fərdi hesabın açılaraq ödənilən sosial sığorta haqlarının bu hesabda fərdi uçotunun qurulması, vətəndaş pensiya təyinatı üçün müraciət etdikdə isə pensiyasının həmin uçotun məlumatları əsasında hesablanmasıdır. Hazırda yeni sistemlə təyin olunan pensiyaların orta məbləği 150 manatı ötüb. Bu, orta aylıq əməkhaqqının təqribən 47%-i deməkdir və pensiyaların orta məbləği üzrə qəbul olunmuş öhdəliyi, yəni orta əməkhaqqının 40% səviyyəsini üstələyir.
Yeni sistemlə ölkə iqtisadiyyatının inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Yəni ayrı-ayrı pensiyaçı səviyyəsində yanaşdıqda, bu, hər bir şəxsin pensiya şəklində alacağı vəsaitlərin ödənilən sosial sığorta haqları ilə əlaqələndirilməsi deməkdir və burada pensiyaların artırılması üçün əsas hədəf sosial sığorta haqları kimi ödənən və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının artırılmasıdır. Əgər Siz 35-40 il iş stajı ilə hazırkı orta aylıq əməkhaqqı və sosial sığorta normativlərinin şərti olaraq sabit saxlamaqla aparılan hesablamaya diqqət etsəniz, sistemin 65%-dən yuxarı əvəzetmə əmsalına malik olduğunu görərsiniz. Bu o deməkdir ki, hər bir şəxs işlədiyi dövrdə sosial sığorta haqlarının tam ödənilməsinə nail olarsa, sistem ona aldığı əmək haqqının 65%-ni qaytaracaq. Özü də fərdi hesaba toplanan məbləğlər hər il inflyasiyaya uyğun indeksləşdirilir ki, bu da sistemin sosial sığorta haqqı ödəyiciləri qarşısında etibarlılığının nümunəsidir.
- Bəs əvvəlki sistemdə, yəni 2006-cı ilə qədər təyin olunan pensiyaların aşağı məbləğlərlə ifadə olunmasının səbəbi nədir?
- Əvvəlki pensiya sistemində pensiya məbləğlərinin müəyyən olunması metodikası əsas problemlərdən biri olub. Həmin qayda kişilər üçün 25 il, qadınlar üçün 20 il iş staj tələbi ilə son 24 ayın və ya bundan əvvəlki istənilən ardıcıl 60 ayın əməkhaqqına məhdudiyyət tətbiq edilməklə hesablamaların aparılmasına əsaslanırdı. Qeyd olunan iş stajına malik şəxs orta aylıq əməkhaqqı məbləğinin 60%-ni pensiya şəklində ala bilir, iş stajı bundan çox olduqda, hər il üçün 2% əlavə olunur, lakin maksimal 85% hədd qoyulurdu. Beləliklə, əməkhaqqının çox da böyük olmaması və staj tələbinin sərtliyi pensiya məbləğlərinin aşağı olmasını şərtləndirirdi.
Azərbaycanda yeni sığorta-pensiya sisteminə keçidin xarakterik xüsusiyyətlərindən biri əvvəlki sistemlə əhatə olunmuş insanların da bu sistemlə əhatə olunmasıdır. Ötən dövrdə prezident İlham Əliyevin müəyyənləşdirdiyi islahat istiqamətlərinə uyğun olaraq bu sahədə tədbirlər planlı şəkildə ardıcıl davam etdirilib və hazırda icra olunan “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın da əsas məqsədlərindəndir.
- Mümkünsə, bu tədbirləri bir qədər ətraflı şərh edərdiniz, həmçinin əvvəlki sistemdə təyin edilmiş pensiyaların yenidən hesablanması üçün nəzərdə tutulan qayda barədə məlumat verərdiniz.
- Bu tədbirlər həm yeni sistemdə pensiya təyinatı üçün müraciət edən şəxslərin əvvəlki sistemin tətbiqi dövründə qazandığı iş stajlarına, həm də əvvəllər pensiyaya çıxmış şəxslərin pensiyalarına aiddir. Hələ yeni sistemin tətbiqinin ilk günündən etibarən əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılıb və onların yeni sistemin iştirakçısına çevrilməsi, o cümlədən pensiyaların artımı və indeksləşdirilməsinin yeni qaydaları ilə əhatə olunması təmin edilib, onlara pensiyaya çıxdıqdan sonrakı əmək fəaliyyətlərinin nəticələrinə görə pensiya kapitalını artırmaq imkanları da verilib. Bununla yanaşı, 100 min nəfərdən çox işləyən pensiyaçıya yaşa görə əmək pensiyasının 50%-i həcmində ödənilməsi kimi mənfi praktika aradan qaldırılıb və onlar öz pensiyalarını tam məbləğdə almağa başlayıblar.
Bunun davamı olaraq 2007-ci ildən etibarən çox mühüm bir addım atılıb və pensiya hesablanmasında əməkhaqqına qoyulan məhdudiyyət aradan qaldırılıb. Bu tədbir ilkin mərhələdə yeni sistemdə pensiya təyinatı üçün müraciət edən şəxslərə şamil olunub. 2008-ci ildən isə bu qayda əvvəllər pensiyaya çıxmış bütün şəxslərə də aid edilib. Lakin elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin bəzən digər aşağı əmək stajlı şəxslərin əməkhaqqı göstəricilərindən az olması səbəbindən yaranan fərqli pensiya hesablanması halları qalmaqda idi. Bununla bağlı 2010-cu ildən pensiya təyinatı üçün müraciət edən şəxslərin əvvəlki sistemin tətbiqi dövründə qazanılmış pensiya hüquqlarının vahid prinsiplə əmək stajına əsasən müəyyənləşdirilməsi qərara alındı. Yeni qaydaya əsasən həmin şəxslərin 2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalının hesablanması nəzərdə tutuldu. Bu o deməkdir ki, 2004-2005-ci illərdən əvvəlki dövrün orta aylıq əməkhaqqı məbləğləri xeyli aşağı olsa və sosial sığorta 1992-ci ildən tətbiq edilsə də, vətəndaşa ölkə üzrə ən yüksək orta aylıq əməkhaqqı nisbəti ilə bütün işlədiyi dövrə sığorta kapitalı hesablanır ki, bu da əvvəlki dövrdə qazanılmış hüquqların sığorta-pensiya sisteminə tam inteqrasiyası deməkdir. Yeni qaydanın tətbiqi minimum pensiya təyin olunması hallarını tamamilə aradan qaldırıb və sosial ədalətin bərpa edilməsinə gətirib çıxarıb. İndi isə bu qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqlarının yenidən hesablanması nəzərdə tutulur. Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu prosesin tam gerçəkləşdirilməsi qeyd olunan sahədə əsl nümunə olacaq.
- Yəni əvvəllər pensiyaya çıxmış şəxslərin də 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalının verilməsi və bu əsasda pensiyaların yenidən hesablanması nəzərdə tutulur?
- Tamamilə doğrudur. Bu qaydalara əsasən, əvvəlki sistemlə pensiyaya çıxmış şəxslərin 2006-cı il yanvarın 1-dək olan iş stajının hər ili üçün 170 manat pensiya kapitalı veriləcək. Sonra həmin kapital qanunvericiliklə müəyyən olunmuş gözlənilən pensiya ödənişi müddətinə, yəni 144 aya bölünəcək, alınan məbləğə 2006-2010-cu illərin inflyasiya faizi tətbiq edilməklə hər il üçün 1,94 manat pensiyanın sığorta hissəsi təyin olunacaq. Məsələn, şəxsin 2006-cı ilin 1 yanvarınadək 40 il iş stajı varsa, bu illərin sayı 1,94 manata vurulacaq və alınan 77,6 manat şəxsin pensiyasının sığorta hissəsini təşkil edəcək. Bunun da üzərinə hazırkı 85 manat baza hissəsi əlavə ediləcək və yekun 162,6 manat pensiya məbləği alınacaq. Deməli, kimin iş stajı çoxdursa, onun pensiyasının məbləği də yuxarı olacaq. Yenidən hesablamanın göstərilən şəkildə tətbiqi bütün pensiya sisteminin vahid qaydaya gətirilməsi deməkdir.
- Bu qaydaların tətbiqi nəticəsində kiminsə hüquqlarına mənfi təsir halları ola bilərmi?
- Qətiyyən yox. Çünki söhbət artıq mövcud olan pensiya işləri üzrə yenidən hesablamadan gedir. Bu pensiya işlərində kimlərin əməkhaqları yüksəkdirsə, onların pensiyası da yuxarı məbləğlərlə ifadə olunur. Əsas məqsəd çoxillik iş stajına malik olmasına baxmayaraq, əməkhaqlarının aşağı olması səbəbindən az məbləğlə pensiya alan şəxslərin təminatının yaxşılaşdırılmasıdır. Bunun üçün yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olanı pensiya təyinatı üçün əsas götürüləcək.
- Bu proses nə qədər insanı əhatə edəcək və həmin şəxslərin pensiyasının artımı hansı həcmdə olacaq?
- Pensiyaların yenidən hesablanması əvvəlki qaydaların şamil olunduğu bütün pensiya işlərini əhatə edəcək. Apardığımız hesablamalara görə bunun nəticəsində təqribən 845 min nəfərin pensiyasına artımların edilməsi nəzərdə tutulur. Bu gün əvvəlki sistemlə pensiyaya çıxanların pensiyalarının orta aylıq məbləği 102 manat, 2006-cı ildən 2010-cu ilin 1 yanvarına kimi pensiyaya çıxanların pensiyalarının orta aylıq məbləği isə 122 manatdır. Haqqında söhbət açdığımız qayda tətbiq olunmaqla pensiya təyinatının aparıldığı 2010-cu il ərzində pensiyaya çıxanların pensiyalarının orta aylıq məbləği isə 150 manat təşkil edir. Deməli, biz bütün pensiya hesablamalarını vahid sistemə gətirdikdə, əvvəllər təyin olunmuş pensiya məbləğlərinin də orta hesabla 150 manata çatacağını söyləyə bilərik ki, bu da 40%-dən yuxarı bir artımdır. Ayrı-ayrı pensiyaçılara gəldikdə isə, qeyd etdiyim kimi, artım onların iş stajından asılı olaraq fərqli olacaq.
Bir daha qeyd etmək istəyirəm ki, burada söhbət 2006-cı ilə qədər qazanılmış pensiya hüquqlarının yenidən hesablanmasından gedir. Əgər şəxs 2006-cı ildən sonra da işləyərək sistemə sosial sığorta haqları ödəyibsə, bu hissə fərdi uçot prinsipləri əsasında ayrıca hesablanıb pensiya məbləğində nəzərə alınacaq.
- Qeyd etdiniz ki, yeni sistemlə təyin olunan pensiyalar üzrə pensiyaların orta məbləği qəbul olunmuş öhdəliyi - orta əməkhaqqının 40%-i səviyyəsini ötüb. Artımlardan sonra bunu bütün pensiyalar üzrə söyləyə bilərikmi?
- Hazırda ölkə üzrə pensiyanın orta aylıq məbləği 114 manat təşkil edir. Pensiyaların yenidən hesablanmasından sonra bu məbləğin birdən-birə böyük bir addımla 150 manata qədər qalxacağı gözlənilir. Bu, 200 dollara yaxın bir rəqəmlə ifadə olunur və əgər biz paritet alıcılıq qabiliyyətinə çevirərək müqayisə etsək MDB-də ən yüksək göstərici deməkdir. Təbii ki, bütün bunlar pensiya sisteminin əsas göstəricisi olan əvəzetmə əmsalına, yəni orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə birbaşa təsir edir. Məsələn, 2002-2003-cü illərə diqqət yetirsək, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 26-27%-lə ifadə olunur. Hazırda bu göstərici 34%-dir. Qeyd etdiyimiz tədbir reallaşdırıldıqdan sonra isə 47%-ə qalxacaq. Beləliklə, bütövlükdə ölkə üzrə pensiyaların orta məbləğinin qəbul olunmuş öhdəliyi, yəni orta əməkhaqqının 40%-i səviyyəsini aşacağını söyləyə bilərik. Lakin bu heç də o anlama gəlməməlidir ki, gələcəkdə əvəzetmə əmsalının artırılması üçün dövlət daim pensiya sisteminə məqsədli transfertlərin ayrılmasını davam etdirməlidir. Doğrudur, hazırkı mərhələdə xərc artımında yürüdülən siyasət təkcə pensiyaçı kimi sistemə qoşulanların maliyyələşdirilməsindən deyil, minimum və orta aylıq pensiya məbləğlərinin dövri artırılmasından da ibarətdir. Bunun da əsas səbəbi yuxarıda da qeyd etdiyimiz kimi, əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının yerinə yetirilməsidir.
Sığorta-pensiya sisteminin əsas məzmunu iqtisadiyyatdan sosial sığorta haqları şəklində toplanan vəsaitlərin yenidən pensiya ödənişləri kimi geri qaytarılmasıdır. Yəni ayrı-ayrı pensiyaçı səviyyəsində yanaşdıqda, bu, hər bir şəxsin pensiya şəklində alacağı vəsaitlərin ödənilən sosial sığorta haqları ilə əlaqələndirilməsidir ki, həmin mexanizm sığortaolunanların fərdi uçotu sisteminin təşkilində ifadə olunur. Ona görə də sistemin əsas hədəfi sosial sığorta haqları kimi ödənən və fərdi hesablarda qeydə alınan pensiya kapitallarını artırmaqdır.
- Bəs minimum pensiya göstəricisinə təsirlər hansı səviyyədə olacaq? Bu göstəricinin də artımı gözlənilirmi?
- Hazırda ölkəmizdə əmək pensiyalarının baza hissəsi minimum pensiya anlayışını da ifadə edir. Minimum pensiya alanlar o şəxslərdir ki, onların əmək pensiyası yalnız baza hissəsindən ibarətdir və sığorta hissəsi mövcud deyil. Yeni qaydaların tətbiqindən sonra bugünkü minimum məbləğdə pensiya alma halı demək olar ki, tam aradan qalxacaq. Əgər vətəndaşın 1 il belə iş stajı varsa, ona uyğun sığorta hissəsi yaranacaq və gələcəkdə inflyasiya faizlərinə görə indeksləşmə nəticəsində həmin məbləğ artırılacaq. Hər bir şəxsin pensiya məbləğinin minimum məbləğdən artım dərəcəsi isə onun iş stajı illərinin sayına bağlı olacaq.
- Pensiyaların bu qaydada artırılmasına nə qədər vəsait xərclənəcək?
- Hesablamalarımıza görə, qeyd olunan tədbirin reallaşdırılması üçün illik tələb olunan vəsaitin 390 mln. manat, aylıq isə 32,5 mln. manat təşkil edəcəyi ehtimal olunur. Bunun müəyyən hissəsi təbii ki, toplanan sosial sığorta haqları hesabına təmin olunacaq, müəyyən hissəsi də dövlət büdcəsindən transfertin artırılması hesabına maliyyələşdiriləcək.
- Pensiyaların artması maliyyə bazarında pul kütləsini də artıracaq. Bununla bağlı inflyasiyanın yüksələcəyi barədə müəyyən fikirlər mövcuddur. Bu ehtimal nə dərəcədə realdır?
- Sualınıza keçməzdən öncə qeyd edim ki, ümumilikdə inflyasiyanı şərtləndirən bütün amilləri 2 qrupa bölmək olar. Bura həm tələblə bağlı, həm də əsasən təkliflə bağlı amillər daxildir. Təkliflə bağlı amillərə daxili istehsal və xidmətin həcminin dəyişməsi, idxalın və ixracın həcmlərinin dəyişməsi aid olunur. Tələblə bağlı amillərə isə dövriyyəyə kənardan daxil olan pul kütləsinin dəyişməsini və ölkə daxilində dövriyyəyə əlavə daxil olan pul kütləsini aid etmək olar. Pensiya və müavinətlər şəklində əhaliyə ödənişlər ölkə daxilində dövriyyəyə əlavə daxil olan pul kütləsinin yalnız bir hissəsini təşkil edir. Bu baxımdan inflyasiya və onun tənzimlənməsi bir çox elementlərin təsiri ilə formalaşır. Əsas odur ki, Azərbaycanda ötən böhranlı illərin sınağından çıxmış uğurlu anti-inflyasiya tədbirləri paketi mövcuddur və iqtisadiyyata hər hansı mənfi təsirlər yarandıqda, bu tədbirlər düşünülmüş şəkildə işə salınır. Buna 2009-cu ili misal çəkə bilərəm. Həmin il ərzində əhaliyə ödənilən pensiya və müavinətlərin həcmi 5% artsa da, illik inflyasiya göstəricisi cəmi 1,5% olub.
Bununla yanaşı, bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda pensiya məbləğlərinin bazarın mənfi təsirlərindən qorunması üçün təkmil indeksləşmə mexanizmi qurulub. Bu həm pensiyaların sığorta hissəsinə, həm də sığortaolunanların fərdi hesablarına toplanan pensiya kapitallarına da aiddir.
- Yaxın perspektivdə sığorta-pensiya sistemində daha hansı yeniliklər gözlənilir?
- Təbii ki, ilk və əsas məqsədimiz pensiyaçıların sosial müdafiəsi sahəsindəki davamlı inkişafı bundan sonra da qoruyub saxlamaq, bu sahədə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməkdir. Həmçinin ölkəmizdə yeni qurulmuş sığorta-pensiya sisteminin gələcək inkişafı məsələsi əsas prioritetimizdir. Bunun üçün konkret tədbirlər planı “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə müəyyənləşdirilib.
Sığorta-pensiya sisteminin ən başlıca cəhəti bazar iqtisadiyyatı imkanlarının pensiyaçıların sosial müdafiəsinə yönəldilməsinin ədalətli mexanizminin yaradılmasıdır. Bu mexanizm sığortaolunanların avtomatlaşdırılmış fərdi uçotu sisteminin təşkilində ifadə olunur ki, indiyədək 1,8 mln. nəfərdən çox şəxs bu sistemlə əhatə olunub. Sistemin inkişaf etdirilərək hər bir işləyən şəxsin öz gələcək pensiya təminatına birbaşa təsir etməsi səviyyəsinə çatdırılması əsas məqsədimizdir. Bunun üçün sığortaolunanlar üzrə ödənilmiş sosial sığorta haqları barədə məlumatların qəbulu prosesi yekunlaşmaqdadır. Həmin məlumatların fərdi şəxsi hesablara işlənərək Fondun internet səhifəsində yerləşdirilməsi hər bir sığortaolunana öz hesabına daimi nəzarət etmə imkanı verəcək. Pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Dövlət Proqramı ilə müəyyən edilmiş könüllü sığortalanma, sosial sığortalanmada yığım komponentinin tətbiqi, sistemin gələcək inkişafı üzrə aktuar tədqiqatların təşkili istiqamətində Dünya Bankı və BMT-nin İnkişaf Proqramı ilə imzalanmış Sazişlər çərçivəsində müvafiq tədbirlər davam etdirilir.
Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa şəbəkəsi Rəhbər Komitəsinin mart ayında Cenevrədə keçirilən sonuncu iclasında, assosiasiyanın Avrasiya üzrə Regional Əlaqələndirmə Mərkəzinin Bakıda açılması barədə qərar qəbul olunub. Assosiasiyasının rəhbərliyinin də qatılacağı bu tədbirin növbəti ayda reallaşdırılması üçün ciddi hazırlıq işləri aparırıq. Buna paralel olaraq 28-29 iyun tarixlərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa şəbəkəsi çərçivəsində “Əmək miqrantlarının sosial müdafiəsi və qloballaşma” mövzusunda konfransın Bakıda keçirilməsi nəzərdə tutulur.
Bu gün Azərbaycanın sığorta-pensiya sahəsində həyata keçirilən islahatlar qurulan sistemin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən keçid dövrü ölkələri üçün model kimi təqdim olunması fikrini bir daha möhkəmləndirir.

1643