Abel Məhərrəmov repetitorluğun səbəbini müəyyənləşdirib
Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının vahid metodoloji müstəvidə birləşdirilməsi ilə bağlı təklifinin detallarını açıqlayıb. Lent.az-ın verdiyi məlumata görə, Abel Məhərrəmov deyib ki, dünya təcrübəsində tələbələr istər orta məktəbi bitirərkən, istərsə də ali məktəbə qəbul olarkən vahid metodoloji müstəvidə öz biliklərini ortaya qoyurlar.
Onun sözlərinə görə, proqram tələbləri həm ali məktəblərə qəbul, həm də orta məktəbin buraxılış imtahanları üçün 90 faiz eyni olmalıdır ki, orta məktəbi bitirən şagirdlər iki istiqamətdə təfəkkürlərini, daha doğrusu, biliklərini formalaşdırmasınlar. Çünki şagird iki proqramla işləyirsə, bilmir ki, hansı proqram üzrə hazırlaşsın: “Orta məktəblə ali məktəblərə qəbul prosesi bir-birindən aralanır. Metodologiya baxımından orta məktəbin tələbləri bir cür, ali məktəbin tələbləri başqa cürdür. Məsələn, biliyi müəyyən etmək üçün test, yazılı və şifahi üsul var. Adətən, orta məktəb şifahi üsulla gəlir və onunla da təqribən yekunlaşır. Düzdür, bəzən buraxılış imtahanlarını orta məktəbdə yazılı verirlər və ali məktəblərə qəbul imtahanı da testlə olur. Bu metodologiya eyni deyil. Uşaqlar ali məktəblərə qəbul olmaq üçün test müstəvisində hazırlaşmağa çalışırlar. Üstəlik, orta məktəbin imtahanlarında yaxşı nəticə əldə etmək üçün dialoq əsasında qurulmuş yazılı imtahan üzrə hazırlaşırlar. Mən bildiyim qədər, proqram tələbləri də eyni deyil. Biri bir müstəvidə, digəri başqa müstəvidə tələb edir. Bunlar ilbəil bir-birinə yaxınlaşır. Ancaq uzun illər gözləmək lazımdır ki, bunlar bir-birinə yaxınlaşsın”.
Abel Məhərrəmov qeyd edib uşaq 15,16 və 17 yaşında 2 problemlə üzləşir: “Yəni orta məktəbi bitirsin və necə etsin ki, ali məktəbə qəbul olsun! Orta məktəbin tələbi bir müstəvidə, ali məktəbə qəbul tələbi digər müstəvidədir. Ona görə də xüsusilə 11-ci sinifdə şagirdlərin fiziki sağlamlığına bu faktor da çox təsir edir. Çünki təkcə orta məktəbin proqramı xeyli çəkiyə malikdir, ali məktəbə qəbul üçün də daha çox güc sərf etmək lazımdır. Bəzən buna görə valideynlər də narahatçılıq keçirir. Ali məktəbə qəbul olmaq istəyən uşaqlar orta məktəbdən çıxan kimi xüsusi müəllimlərin yanına qaçırlar. Bu, şəhərdə avtomobillərində də hərəkətində sıxlığa yol açır. Yəni orta məktəblərin buraxılış və ali məktəblərin qəbul imtahanları nəinki bir-birini nəinki tamamlayır, hətta bəzən biri digərini zəiflədir. Repetitorluğun geniş yayılmasının da səbəbi odur”.
BDU-nun rektoru bildirib ki, tələbələr ali məktəbə qəbul olunarkən onlarda çaşqınlıq müşahidə olunur: “Çünki biz də ali məktəbdə üçüncü metodologiyanı tələb edirik. Uşaqlar üçüncü yanaşma ilə ali məktəbdə rastlaşırlar. Bunları bir nizam-tərəziyə qoymaq mümkün deyil. Əvvəllər xaricə gedəndə görürdün ki, iki reys qatarı var. Reysləri dəyişirdilər ki, bu qatar Sovet İttifaqından gəlib. Bu gün təhsildə belə bir sistem yaranıb. Ona görə də mən ziyalı kimi narahatçılığını bildirirəm. Bu, gənclərin sağlamlığına, onların valideynlərinin narahatçılığına səbəb olur. Şagird qiymət və qəbul üçün yox, bilik üçün hazırlaşmalıdır”.
Ramiz

529