Hicran Hüseynova: “5 yaşlı körpənin icazəsiz aksiyaya aparılması özü bir cinayətdir”
21 aprel 2011 15:15 (UTC +04:00)

Hicran Hüseynova: “5 yaşlı körpənin icazəsiz aksiyaya aparılması özü bir cinayətdir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aprelin 17-də müxalifətin paytaxtda keçirməyə cəhd etdiyi razılaşdırılmamış aksiya zamanı 5 yaşlı uşaq və onun anasının polis tərəfindən saxlanması ilə bağlı araşdırmalar aparıb. Lent.az-ın məlumatına görə, bu barədə komitə sədri Hicran Hüseynova bildirib.

H.Hüseynova qeyd edib ki, həmin uşaq və onun anasına polis tərəfindən heç bir zorakılıq göstərilməyib, onlar, sadəcə olaraq, təhlükəli ərazidən uzaqlaşdırılıb. “Ümumiyyətlə, 5 yaşlı körpənin düşünülməmiş şəkildə icazəsiz aksiyaya aparılması özü bir cinayətdir. O valideyn öz məsuliyyətini dərk etməyib, uşağını mitinqə gətirirsə, buna nə ad vermək olar? Hər şeydən əvvəl uşağın sağlamlığı təhlükə altına salınır, onun psixoloji durumu pozulur” - Hüseynova vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, həmin valideyn bu hərəkətlərə görə məsuliyyət daşıyır. O, bildirib ki, dövlət həmin 5 yaşlı uşağa sahib çıxıb və bu məqsədlə körpə polislərin nəzarəti ilə hadisə yerindən uzaqlaşdırılıb. “Mən bu məsələ ilə bağlı bütün valideynlərə müraciət edirəm ki, uşaqlarla bağlı son dərəcə məsuliyyətli olsunlar” – deyə, komitə sədri əlavə edib.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar