Sosial müdafiə sistemində aşkarlıq dərəcəsi - ARAŞDIRMA
"On iki ildir satıcı işləyirəm, aldığım maaşa görə nə hansısa sənədə qol çəkirəm, nə də harasa vergi ödəmirəm. Mənim işim mağaza sahibinin malını satıb, ayın axırında maaşımı almaqdır".
Rahib Səmədov ölkənin ən iri ticarət şəbəkələrindən sayılan "Sədərək" Ticarət Mərkəzinin yüzlərlə işçidən biridir. O, hər ay 350 manat maaşla buradakı mağazalardan birində satıcısı işləyir. Amma özünün də dediyi kimi, aldığı əməkhaqqı rəsmi qeydiyyata alınmır və buna görə də məcburi sosial sığorta haqqı da ödəmir: "İşə təzə başlayanda Əmək kitabçası alıb gətirmişdim. Müdirim kitabçanı görəndə mənə güldü, dedi səni sənədlə işə götürsəm, gərək dövlətə vergi, sosial sığorta haqqı ödəyəm. Ona görə də sadəcə görəcəyim işin qrafiki, maaşı barədə şifahi razılaşmamız oldu və başladım işləməyə".
İndi 36 yaşı olan Rahib əmək fəaliyyətinə başlayandan bəri bir neçə dəfə işini dəyişərək ayrı-ayrı sahibkarlıq subyektlərinin qeyri-rəsmi işçisi olub. Hamısında eyni qayda və prinsiplərlə işləyib, heç biri ilə nə “Əmək müqaviləsi” bağlayıb, nə də aldığı əməkhaqqına görə hansısa sənədə imza atır.
Nə qədər qəribə olsa da, işçi kimi rəsmi qeydiyyatda olmamağın gələcək sosial təminat hüquqlarının tanınmasına əngəl olacağını Rahib özü də başa düşür. Bilir ki, rəsmi işçi kimi qeydiyyata düşməməklə gələcəkdə yüksək pensiya almaq, əmək qabiliyyətinin itirilməsi, işsiz olmağına görə müavinət ala bilmək şanslarını məhdudlaşdırır. Amma müsahibimiz hesab edir ki, işçi olaraq rəsmi qeydiyyata düşməsi, çalışdığı iş yeri ilə işçi münasibətlərini əmək müqaviləsi əsasında qurması təkcə onun iradəsindən asılı deyil: “İndi Azərbaycanda mənim kimi o qədər işçi var ki. Təkcə burada minlərlə adam işləyir. Hamısı da mənim kimi müqavilə tələb eləməkdən ehtiyatlanır. Qorxurlar ki, rəsmi işçi kimi qeydiyyata düşmək istəsələr, “Əmək müqaviləsi” tələb etsələr onları işdən çıxaracaqlar. Bəzən yeri gələndə öz aramızda bu barədə danışırıq. Müdirlər deyirlər ki, xoşun gəlmirsə çıx, o qədər işsiz adam var ki, gətirib birini qoyacağam malımı satsın”.
Faktiki məşğul əhalinin bir qisminin sosial sığorta ödənişlərinə cəlb olunmadığını rəsmi orqanlar da təsdiqləyir. Belə işçilər Rahib Səmədovun çalışdığı ticarət sektorunda, nəqliyyat, kənd təsərrüfatı, tikinti, ictimai-iaşə xidməti sahələrində kifayət qədərdir. Dövlət Statistika Komitəsinin şöbə müdiri Elton Əhmədov deyir ki, 2010-cu il fevralın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin 4,6 milyon nəfərə yaxın olub. Məşğul əhalinin sayı isə 4,3 milyon nəfərə çatır. Bunların arasında muzdlu işçilər, yəni işəgötürənlə əmək müqaviləsi bağlamış və bunun əsasında gördüyü işə görə əmək haqqı alanlar 1,4 milyon nəfərdir. Bu isə o deməkdir ki, muzdlu işçi kimi Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi sosial sığorta ödəyənlərin sayı 1,4 milyona yaxındır: “Əslində ölkə üzrə məcburi sosial sığorta ödəyicisi kimi qeydə alınanların sayı bundan çoxdur. Çünki sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də məcburi sosial sığorta haqları ödəyir”.
DSMF-nin məlumatlarında isə bildirilir ki, təkcə ötən il fond tərəfindən əlavə olaraq, 160 523 sığortaolunana fərdi şəxsi hesab açılıb. Bununla da 1 yanvar 2011-ci il tarixədək Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 800 452 nəfərə yüksəlib.
Bununla belə, Dövlət Statistika Komitəsinin məşğul əhalinin sayı barədə məlumatlarına nəzər saldıqda məlum olur ki, faktiki olaraq işləyənlərin bir qismi hələ də sosial sığorta haqları ödəmir. Bunların arasında qəhrəmanımız Rahib Səmədovun da aid olduğu ticarət xidmətində çalışanlar da az deyil. Komitənin məlumatına görə, 2010-cu ildə məşğul əhalinin 19,8 faizi ticarət, avtomobillərin, məişət məmulatları və şəxsi istifadə əşyalarının təmiri sahəsində çalışır. Bu sektorda məcburi sosial sığortaya cəlb edilənlərin faiz nisbəti isə xeyli aşağıdır.
Əsas sual: sığorta ödəyicisi arxayındırmı?
Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə işçinin pensiya, müavinət və digər sosial ödənişlər almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə pensiya yaşına çatmaq, əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm və sanatoriya-kurort müalicəsi, işsiz olmaq daxildir. Yəni Dövlət Sosial Müdafiə Fondunda fərdi şəxsi hesabı olan hər bir sığortaolunan bu cür hallarla qarşılaşarsa, dövlət tərəfindən ona pensiya və müavinət təyin edilir. Sığortaçı kimi qeydiyyatda olmayan şəxslər isə iş stajından və işlədiyi dövrdə aldığı əməkhaqqının məbləğindən asılı olmayaraq, bu hüquqlardan məhrum olmuş sayılır.
Sığorta ödəyicisi kimi DSMF-də qeydiyyatda olanlar isə ödədikləri vəsaitlərin etibarlı yığımına əmin ola bilər. Üstəlik olanlar sığorta hadisəsi ilə üzləşərkən ödədikləri vəsaitə uyğun pensiya və ya müavinətlə təmin olunacaqlarına da arxayındır. Bu təminatı isə onlara pensiya-sığorta sahəsində aparılan islahatlar çərçivəsində informasiya-kommunikasiya texnologiyalarına əsaslanan xidmət və idarəetmə sistemləri yaradır.
Xatırladaq ki, hələ 2008-ci ildə DSMF-də müasir tipli “Call-center” - Mərkəzləşdirilmiş Çağrı Mərkəzi” yaradılıb. “190” nömrəli telefon məlumat xidmətinin yaradılmasında məqsəd sığortaolunanlarla və pensiyaçı əlaqələri inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarını operativ şəkildə cavablandırmaqdır. Məlumat xidməti tərəfindən telefon vasitəsi ilə məcburi dövlət sosial sığortası, pensiya məsələləri, fərdi uçotun təşkilinə aid sualların və müraciətlərin operativ şəkildə cavablandırılır. Bu isə o deməkdir ki, sığortaolunanlar, pensiyaçılar, eləcə də hər bir vətəndaş pensiya sistemi ilə bağlı onu maraqlandıran istənilən məsələyə “190” nömrəli telefona müraciət etməklə cavab tapa bilər. Hazırda isə DSMFnin bütün fəaliyyət istiqamətlərinin hamısının elektronlaşdırılması və avtomatlaşdırılması sahəsində böyük proqramlar icra olunur. Bu proqram pensiyaların hesablanmasının, fərdi uçotun qeydiyyatının yazılması və hesabatların qəbulunun avtomatlaşdırılmasını nəzərdə tutur.
Pensiyanızı özünüz hesablayın
O ki qaldı sosial sığorta hadisəsi zamanı ödənişlər müəyyən edilərkən şəffaflığın qorunmasına, buna DSMF-nin Avtomatlaşdırılmış İdarəetmə Sistemi təminat yaradır. Belə ki, hər kəs bu sistem vasitəsilə gələcəkdə alacağı pensiyanı hesablaya bilər. Bunun üçün DSMF-nin internet saytında (www.sspf.gov.az) yerləşdirilmiş “pensiya kalkulyatoru”ndan istifadə etmək kifayətdir. DSMF-nin mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, avtomatlaşdırılmış idarəetmə sisteminə keçidlə fond kağız üzərində işlərdən elektron fəaliyyətə keçmək imkanı əldə edib. Bu isə rəsmiləşmələrin daha dəqiq aparılmasına və onların istənilən zaman əldə edilməsinə şərait yaradıb.
Pensiyaların hesablanması mexanizmlərinin sadələşdirilməsi vətəndaşların sığorta-pensiya sisteminə inamı daha da artırıb. Üstəlik Azərbaycanın sığorta-pensiya sistemi beynəlxalq səviyyədə də böyük nüfuz qazanıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) büro üzvü və Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Bu komitədə Azərbaycanla yanaşı Almaniya, Fransa, İtaliya, Hollandiya və Polşa təmsil olunur. Təkcə bu fakt DSMF-də pensiya və müavinətlərin müəyyən edilməsi zamanı şəffaflıq prinsiplərinin gözlənəcəyinə düşünməyə əsas verir.
Hər şey şəffaflıq üçün
Bu inamın təzahürü kimi başqa üstünlüklər də var. Məsələn, hazırda Azərbaycanın sığorta-pensiya sahəsində təcrübəsi BMT İnkişaf Proqramı və Dünya Bankı tərəfindən bir sıra ölkələr üçün model kimi təqdim edilir. 2007-ci ildə DSMF-nin nümayəndə heyəti MDB-də ilk dəfə olaraq, Dünya Bankının baş qərargahına dəvət edilib və orada Azərbaycan təcrübəsinə həsr edilmiş seminar keçirilib. Bundan başqa, əldə edilmiş uğurlu nəticələrin davamı kimi, ötən ilin noyabr-dekabr aylarında Dünya Sosial Təminat Forumunda BSTA-nın MDB və türkdilli ölkələr üzrə Regional Koordinasiya Mərkəzinin Azərbaycanda yaradılması qərara alınıb.
Bütün bunların kökündə Azərbaycanda yeni, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan, aydın başa düşülən, şəffaf, ədalət prinsiplərini əsas götürən, müasir tələblərə cavab verən sosial sığorta-pensiya sistemi qurulması durur. Yeri gəlmişkən, şəffaflığın artırılması üçün 2011-2012-ci illərdə sığortaolunanların fərdi məlumatlarının qorunma mexanizmlərini gücləndirmək, fərdi hesablarla bağlı müraciətləri operativ cavablandıracaq müştəri xidmətləri şəbəkəsinin də yaradılması planlaşdırılır. Məlumat bazası əsasında hər bir sığortaolunan şəxs istənilən vaxt öz gələcək pensiyasının təmin olunmuş məbləğini müəyyənləşdirə və bu prosesə nəzarət edə biləcək. Bu isə o deməkdir ki, hər bir işləyən özünün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malik olacaq. Sığortaolunanların özlərinin pensiya kapitalına nəzarət imkanı əldə etməsi sistemdə şəffaflığa imkan verəcək.
Xatırladaq ki, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq islahat tədbirləri bu il də davam etdiriləcək. Bura sığorta-pensiya sisteminin perspektiv inkişafının aktual modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması, sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmlərinin gücləndirilməsi, DSMF-nin mərkəzi aparatı və yerli orqanları arasında elektron məlumat mübadiləsini təmin edən korporativ şəbəkənin qurulmasının başa çatdırılması, fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində işlərin yerinə yetirilməsi və digər mühüm vəzifələr daxildir. 2013-cü ildə isə pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasına keçidin təmin edilməsi nəzərdə tutulub.
Elxan SALAHOV

905