“Qaçqın bazarı” dağıdıldı
Bazarın dağıdılmasına etiraz edən ticarətçilərlə polis arasında xırda insidentlər yaransa da, obyektin köçürülməsi təxirə salınmayıb
Bu gün Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsindəki "Qaçqın bazarı" kimi tanınan ticarət mərkəzi dağıdılıb.
ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, təxminən 2 saat əvvəl həmin əraziyə ağır texnika gətirilərək, bazardakı xırda ticarət obyektləri, piştaxtalar dağıdılıb. Əraziyə xeyli sayda polis qüvvələri cəlb olunub.
Bazarın dağıdılmasına etiraz edən ticarətçilərlə polis arasında xırda insidentlər yaransa da, bazarın köçürülməsi təxirə salınmayıb. Hazırda da bazarda söküntü işləri davam edir.
Qeyd edək ki, əsasən Füzuli və Ağdam rayonundan olan məcburi köçkünlərin ticarətlə məşğul olduğu bazarın bir neçə dəfə bağlanacağı bildirilsə də, ticarətçilərin etirazından sonra bu həyata keçirilməmişdi. Bazarda təxminən 1000-ə yaxın məcburi köçkünün ticarətlə məşğul olduğu bildirilir.

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir
7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA
7 iyul 2025 , 15:10
Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası
7 iyul 2025 , 12:55Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU
7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09