“Aparıcılar efirdə özlərini məişətdə olduğu kimi aparırlar”
Nuşirəvan Məhərrəmli: “Müğənni və aktyorların aparıcılıq eşqinə düşməsi problemi var”
“Biz indiyədək də telekanallara şou verilişlərin çoxluğunu onların nümayəndələrinə başa salmaq, inandırmaq yolu ilə çatdırmaq istəyirdik. Çox vaxt isə buna nail ola bilmirdik. Çünki qanunvericilik və səlahiyyətlər də bizə imkan vermirdi. Ancaq bu gün artıq akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsinin ortada olması bu sahədə çox ciddi bir dönüş yaracadaq”. Lent.az-ın məlumatına görə, bunu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsinə həsr olunmuş toplantıda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bundan sonra MTRŞ telekanalları monitorinq etməklə bərabər, milli-mənəvi dəyərlərlə bağlı məsələlərə daha çox diqqət yetirəcək: “Bizim təkliflərimiz də var. Bunlar hazırlanıb müvafiq orqanlara göndəriləcək”.
MTRŞ sədri çıxışında müğənnilərin ev, hətta dolablarının göstərilməsinə qarşı çıxdığını deyib: “Bəzən hətta elə olur ki, bayram günlərində, Azərbaycan tarixi üçün əhəmiyyət kəsb edən xüsusi günlərdə verilişlər hazırlayarkən, həmin proqramların əsas simaları həmin o estrada “ulduz”ları olur. Onların evlərindən, villalarından çəkilişlər edirlər. Bunu isə örnək həyat tərzi kimi təqdim edirlər. Bu hal yolverilməzdir”.
N.Məhərrəmli digər narahatçılığın telekanallardakı aparıcılarla bağlı olduğunu deyib: “Aparıcıların öz yerində olması telekanallardakı verilişlərin keyfiyyətini yüksək edir. Kadr məsələsi isə həmişə ən ciddi məsələlərdən biri olub. Hazırda Azərbaycanın teleradio məkanında 5 mindən çox şəxs çalışır ki, onların da böyük əksəriyyəti jurnalistika ixtisasına yiyələnməyiblər. Verilişlərdə peşəkar jurnalistlərin olmaması da verilişlərin keyfiyyətində özünü göstərir. Biz hələ 3 bundan əvvəl Təhsil Nazirliyinə və Bakı Dövlət Universitetinə (BDU) də müraciət etmişdik ki, BDU-dakı Jurnalistika fakültəsində telejurnalistika ixtisası üzrə yerlərin sayı artırılsın. Artıq bu təklif dəstək alıb”.
N.Məhərrəmli deyib ki, aparıcıların fəaliyyətinin daha da yaxşılaşdırılması üçün MTRŞ ictimai təşkilatlarla birgə treninq-kursların keçirilməsinə başlamalıdır. Bu treninq-kurslar məcburi olmayacaq: “Aparıcını görkəminə görə seçmək doğru deyil. Onlar nəinki Azərbaycan dilini yaxşı bilmir, hətta Azərbaycan tarixi, ədəbiyyatı, coğrafiyası və s. barədə məlumatları olmur, geniş dünya görünüşünə də malik deyillər. Bu isə verilişin ümumi keyfiyyətinə təsir edir.
Aparıcılıq məsələsində başqa bir problem isə bizim bəzi müğənnilərin, aktyorların aparıcılıq eşqinə düşməsidir. Təbii ki, əgər həmin müğənnin, aktyor aparıcılıq peşəsini mükəmməl yerinə yetirərdisə, burada problem olmayacaqdı. Çox təəssüf ki, o insanlar efirdə özlərini adi məişətdə olduğu kimi aparırlar. Hətta bəzən özlərinin konsertdəki şıltaqlıqlarını efirə gətirirlər. Bu isə efirin məzmununu keyfiyyət baxımından çox aşağı salır, nəticədə ictimaiyyətin haqlı narazılığa səbəb olur”.
MTRŞ sədri telekanallarda mövzuların seçilməsi məsələsində də problem olduğunu bildirib. Onun sözlərinə görə, cəmiyyət üçün deyil, xırda bir qrup üçün aktual olan məsələnin televiziya və radioda müzakirə olunması yolverilməzdir.
Pərvin ABBASOV

1084