Bakı Meriyasının “probka”sı
Bayıl istiqamətində tək yol olan Səməd Vurğun küçəsində avtomobillərin hərəkəti dayandırıldı
Bu gün 18:30-da Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişiylə Sahil metrosu istiqamətdən Neftçilər prospekti - Bayıl istiqamətində avtomobillərin hərəkət etdiyi yeganə yol - Səməd Vurğun küçəsi də bağlanıb.
Lent.az-ın müxbirinin verdiyi xəbərə görə, Zərifə Əliyeva küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar Səməd Vurğun küçəsindən keçən yol 20 dəqiqə bağlı olub. Nə irəli, nə də geriyə hərəkət edə bilən avtomobillərin böyük cərgəsi yaranıb. Bu da sürücülərin narazılığına səbəb olub və onlar emosional şəkildə narazılıqlarını orada olan Bakı şəhər İcra Hakimiyyətinin başçısına çatdırıblar.
Hacıbala Abutalıbov Lent.az-ın müxbirinin yaranmış vəziyyətlə bağlı suallarını cavablandırmaqdan imtina edib. Hacıbala Abutalıbovla birgə olan Bakı şəhər İcra Hakimiyyətinin özünü təqdim etməkdən imtina edən nümayəndəsi isə Lent.az-a açıqlamasında deyib ki, Zərifə Əliyeva prospektində aparılan təmir-tikinti işləri ilə bağlı olaraq Səməd Vurğun küçəsində hərəkət 2 saata qədər dayandırılacaq.
Ancaq sürücülərin artan narazılıqlarından sonra Hacıbala Abutalıbov 18:50-də yol müvəqqəti açılması barədə göstəriş verib.
Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Lent.az-a bildirib ki, bu, müvəqqətidir, polislər hərəkəti digər istiqamətlərdə nizamlayandan sonra Səməd Vurğun küçəsi yenə bağlanacaq.
Bundan təxminən 20 dəqiqə sonra yolu yenidən bağlayıblar və eyni vəziyyət təkrarlanıb.
Ramiz

915