Güclü yağış çayları daşdırıb
25 sentyabr 2009 11:30 (UTC +04:00)

Güclü yağış çayları daşdırıb

20-23 sentyabr tarixlərində yağan güclü leysan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsi çaylarında sululuq artıb.

Hazırda ən yüksək sululuq Qazax-Gəncə bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 165-175, Quba-Xaçmaz bölgəsi çaylarında isə normanın 130-155 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bildiriblər ki, leysan yağışlar nəticəsində Kür çayına tökülən çaylarda sululuq kəskin artıb. Bu isə Kürün aşağı axımında suyun səviyyəsinin qalmasına gətirib çıxarıb. Belə ki, son 5 gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 153 santimetr artaraq 484 santimetrə (2008-ci ildə 320 santimetr), Şirvanda 400 santimetrə (2008-ci ildə 237 santimetr), Salyanda 436 santimetrə (2008-ci ildə 270 santimetr), Bankədə 321 santimetrə (2008-ci ildə 253 santimetr), Araz-Novruzluda isə 305 santimetrə (2008-ci ildə 120 santimetr) çatıb.

Analoji vəziyyət böyük su anbarlarında da müşahidə olunur. Belə ki, Mingəçevir və Araz su anbarlarında suyun səviyyəsi ötən ilin müvafiq dövründəkindən yüksəkdir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764

Oxşar yazılar