Çağırış Komissiyasının tərkibi təsdiqləndi
Nazirlər Kabineti qərar verib
Azərbaycan Respublikası vətəndaşlarının 2009-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında Nazirlər Kabineti qərar qəbul edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2009-cu ilin oktyabrın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibi təsdiqlənib.
Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasına Ə.Hüseynov (Azərbaycan Respublikasının hərbi komissarı) sədrlik edəcək. Komissiya sədrinin müavini M.Abbasquliyevdir (Dövlət Sərhəd Xidməti rəisinin müavini). Komissiyanın üzvləri O.Zalov (daxili işlər nazirinin müavini), A.Vəlibəyov (səhiyyə nazirinin müavini) ,T.Musayev (ədliyyə nazirinin müavini), A.Dadaşov (AHİK sədrinin müavini) və millət vəkili S.Novruzovdur.
Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına Azərbaycan vətəndaşlarının 2009-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görmək tapşırılıb.

785