QHT sektorunda şəffaflıq və hesabatlılığın təmin olunması mövzusunda debat keçirildi
24 sentyabr 2009 15:45 (UTC +04:00)

QHT sektorunda şəffaflıq və hesabatlılığın təmin olunması mövzusunda debat keçirildi

Soros Fondu qeyri-şəffaf fəaliyyətdə ittiham olundu

Bu gün Azərbaycan Media Mərkəzində qeyri-hökumət təşkilatları (QHT) sektorunda şəffaflıq və hesabatlılığın təmin olunması mövzusunda debat keçirilib.

Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, debatda spiker qismində Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev və Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu Heyətinin üzvü Rasim Musabəyov iştirak edirdilər.

Əliməmməd Nuriyev dedi ki, istənilən institutun fəaliyyətində qüsurlar ola bilər, QHT-lərin fəaliyyətində də şəffaflıq və hesabatla bağlı müəyyən problemlər var.

Rasim Musabəyov bildirdi ki, əslində ictimai təşkilat tək qrant almaqla ictimailəşməməli, QHT sektorunda könüllülük hərəkatı, ictimai fəaliyyət əsas olmalıdır.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, Azərbaycanda beynəlxalq təşkilatlardan böyük мигдарда грант алан, ancaq heç bir iş görməyən QHT-lər var.

QHT sektorunun təmsilçilərindən Elçin Abdullayev Açıq Cəmiyyət İnstitutunun donor kimi fəaliyyətinin qeyri-şəffaf olduğunu söylədi. O, dediklərinə sübut kimi az əvvəl bələdiyyə barədə məlumatı olmayan ekspertlərin rəyi ilə tanınmayan QHT-lərə qrant ayrıldığını vurğuladı.

Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı nəzərə çatdırdı ki, Şura üçün layihələrin şəffaflığı ən önəmli məsələdir. Digər tərəfdən, Şurada keçməyən layihələr üçün apelyasiya təşkil olunur. O, Maliyyə Nazirliyinin QHT-lərin qrant layihələri ilə bağlı yoxlamalar aparmamasını da hökumətin etimadının bir göstəricisi kimi dəyərləndirdi.


Tədbirə dəvət olunan ekspertlər dedilər ki, Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası istisnayla, digər donor qurumların heç birində, o cümlədən ABŞ, Böyük Britaniya kimi qrant ayıran səfirliklərdə apelyasiya şikayətlərinə baxılma mexanizmi yoxdur.

Əliməmməd Nuriyev nəzərə çatdırdı ki, Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaxın günlərdə Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) ilə memorandum imzalamağa hazırlaşır, şəffaflıqla bağlı birgə tədbir keçiriləcək. O düşünür ki, QHT-lər şəffaflıqla bağlı bir Xartiya imzalamalıdırlar. Əliməmməd Nuriyev gələcəkdə ayrılan qrant layihələrinin auditinin təşkili üçün Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının gələcəkdə vəsait ayırmaqla bağlı planlarının olduğunu da bildirdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar