Bakıda təhsillə bağlı beynəlxalq konfrans keçiriləcək
24 sentyabr 2009 11:15 (UTC +04:00)

Bakıda təhsillə bağlı beynəlxalq konfrans keçiriləcək

Konfransda Boloniya prosesi çərçivəsində birgə proqramların hazırlanması məsələsi müzakirə olunacaq

Oktyabrın 1-dən 3-dək Bakıda “Azərbaycan-Almaniya Ali Təhsil günləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkil etdiyi konfransda beynəlxalq təhsil sahəsindəki yeniliklər və yeni proqramların tətbiqi məsələləri müzakirə olunacaq.

Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, konfrans zamanı Almaniya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq üzrə təcrübə məsələsi də diqqət mərkəzində olacaq. Həmçinin tibb, kənd təsərrüfatı, texniki elmlər sahəsində əlaqələr, Boloniya prosesi çərçivəsində birgə proqramların hazırlanması məsələsi ətrafında geniş müzakirələr aparılacaq.

Nazirlikdə bildirirlər ki, oktyabrın 1-də tədbir çərçivəsində Kapellhaus Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası da keçiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar