Məhbusu dəmir parçası ilə döyüblər
Müvafiq qurumlardan cəzasının yüngülləşdirilməsini xahiş edən məhbus döydürdükdən sonra “kars”a salıblar
11 saylı Cəzaçəkmə Müəssisəsi məhbus həyatı yaşayan Fuad Hüseynov sentyabrın 19-da məhbus yoldaşları tərəfindən döyülüb. Dəmir parçası ilə döyülən Fuad baş nahiyəsindən xəsarəti ala da, günahkarlar cəzalandırılmayıb. Bu, azmış kimi, zərərçəkənin özünü “kars”a salıblar.
Baş verənlərlə bağlı Fuad Hüseynovun valideynləri Lent.az-a məlumat veriblər. Onlar övladlarının günahsız yerə döyüldüyü, cəzaçəkmə müəssisənin rəhbərliyinin ona qarşı çirkin plan hazırladığı qənaətindədirlər. Atası Oqtay Hüseynov bildirir ki, Fuad Göyçay Rayon Məhkəməsinin hökmü ilə 4 il ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus cəzasının 2 il 4 ayını çəkib. Onun sözlərinə görə, oğlu həbsdən azad edilməsi, yaxud da cəzasının qalan hissəsinin yüngülləşdirilməsi məqsədilə müvafiq qurumlara ərizə ilə müraciət edib. Bundan xəbər tutan müəssisə rəhbərliyi Fuad Hüseynovu döydürməklə onu bu fikrindən daşındırmaq qərarına gəlib.
“Cəzaçəkmə müəssisəsinin rəisi Məmmədəli Zeynalovun qurduğu plan əsasında oğlumu öldürməyə cəhd ediblər. Digər məhbuslar bunun qarşısını alıb. Hazırda vəziyyəti çox pis olsa da, ona tibbi yardım göstərilməyib. Sadəcə bir gün “kars”da saxlandıqdan sonra töhmət verilməklə buraxıblar” - deyə, məhbusun atası bildirir.
Oqtay Hüseynov baş verənlərlə bağlı ölkə başçısına, Heydər Əliyev Fondunun prezident Mehriban Əliyevaya, Ədliyyə Nazirliyinə, nazirliyin Penitensar Xidmətinə, Baş Prokurorluğa, Ombudsman Aparatına, Milli Təhlükəsizlik Nazirliyinə, hüquq müdafiəçilərinə və digər qurumlara müraciət edib. Məhbus atası müvafiq qurumlardan oğluna qarşı qanunsuz hərəkətlərin araşdırılmasını, bu hərəkətlərin təşkilatçılarının cəzalandırılmasını, oğlunun müalicə müəssisəsinə göndərilməsini təmin etməyi xahiş edir.
Xatırladaq ki, Göyçay rayon sakini Fuad Hüseynov 2007-ci ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq)və 289-cu maddələri (Məhkəməyə hörmətsizlik etmə) ilə ittiham olunur. Həbsdən əvvəl jurnalist kimi fəaliyyət göstərən Fuad “Bizim soy” qəzetinin Şirvan bölgəsi üzrə müxbiri vəzifəsində çalışıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseynağa Əlixanov Lent.az-a açıqlamasında məhbus Fuad Hüseynovun döyülməsi barədə onlara məlumat verildiyini təsdiqləyib. Onun sözlərinə görə, hadisə ilə əlaqədar xidmətin əməliyyatçı əməkdaşları məsələni araşdırmaq məqsədilə məhbusun saxlandığı 11 saylı Cəzaçəkmə Müəssisəsində olublar: “Bizim əməliyyatçılarımız bu məsələ ilə məşğuldur. Ancaq araşdırmaların nəticələri barədə məndə məlumat yoxdur”.
Rəis müavini bildirib ki, xidmətin ictimaiyyətlə əlaqələr sektoru araşdırmaların nəticələri barədə mətbuata məlumat verəcək.
Elxan SALAHOV

581