Bakı-Quba-Rusiya yolu açıldı
28-30 santimetr qalınlığında beton örtüyü olan avtomobil yolu bu gün istifadəyə verilib
Bu gün Bakı-Quba-Rusiya sərhədi yolu istifadəyə verilib. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.
“Akkord” Şirkətlər Qrupundan Lent.az-a bildiriblər ki, 2008-ci ilin mayında tikintisinə start verilmiş bu layihədə şirkətin həyata keçirdiyi əsas iş avtomobil yolunun 16-134-cü kilometrliyinin örtük hissəsinin yenidən qurulmasından ibarət olub. Ötən dövr ərzində 118 kilometrlik ərazidə yola 28-30 santimetr qalınlığında beton döşənib, yolla kəsişən kommunikasiya xətləri dəyişdirilib, suötürücü qurğular, körpü və keçidlərin tikintisi layihə üzrə həyata keçirilib.
Xatırladaq ki, Bakı-Quba-Rusiya Federasiyası yoluna daxil olan Bakı-Sumqayıt yolu ötən il avqustun 22-də istifadəyə verilib. Avtomobil yolunun 11-ci kilometrliyində tunel tipli yolötürücünün və 16-cı kilometrlikdə körpü tipli yolötürücünün tikintisi də “Akkord” tərəfindən həyata keçirilib.
Elxan SALAHOV

914