Gəncədə bütün məktəblər sürətli internet xətləri ilə təmin olunacaq
Şübhəli kontentli saytlara çıxışı bağlayan xüsusi filtrlər quraşdırılacaq
“Azedunet” layihəsinin həyata keçirilməsi nəticəsində Gəncə və ətraf rayonlarda bütün orta məktəblər sürətli internet (10 mbit/s) xətləri ilə təmin olunacaq.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyalrı Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, layihədə ölkənin bütün məktəblərinin vahid şəbəkədə birləşdirilməsi nəzərdə tutulur.
Həmin şəbəkənin köməyi ilə xüsusən videofayl mübadiləsi aparmaq mümkün olacaq. Məktəblər internetə qoşulduqdan sonra burada şübhəli kontentli saytlara çıxışı bağlayan xüsusi filtrlər də quraşdırılacaq.
Qeyd edək ki, 2012-ci ilədək nəzərdə tutulmuş “Azedunet” layihəsi Təhsil Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilir.

562