4 rayonda ekoloji yoxlama aparılıb
11 sentyabr 2009 10:00 (UTC +04:00)

4 rayonda ekoloji yoxlama aparılıb

Qanunu pozan şəxslərdən 1345 manat cərimə tutulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yevlax, Bərdə, Ağdaş, Tərtər rayonlarında avqust ayı ərzində apardığı yoxlamaların nəticələrini açıqlayıb. 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri yoxlamalarda ekoloji qanunvericiliyin pozulması halları aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ötən ay ərzində keçirilmiş reyd və yoxlamalar zamanı qanun pozuntularına qarşı 46 akt və protokol tərtib edilib.

Avqust ayı ərzində Şöbə tərəfindən qaldırılan iddia, cərimə və ödəmələrlə birlikdə Təbiəti Mühafizə Ehtiyat Fonduna 1345 manat məbləğində vəsait ödənilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar