Bakı İstintaq Təcridxanasında 200-dən çox şəxs oruc tutur
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ünvanına daxil olmuş müraciətlərin, həmçinin məhkumların saxlanılma şəraitinin araşdırılması məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (İT) olub.
Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
Müəssisəyə baxış zamanı yeni istifadəyə verilmiş istintaq təcridxanasının dörd korpusunun artıq istismara verildiyi və yaxın vaxtlarda əlavə olaraq beş yeni korpusun tikintisinin başa çatdırılaraq istifadəyə veriləcəyi, Penitensiar Xidmətin hazırda fəaliyyət göstərən və Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İT-da saxlanılanların da bu korpuslara köçürülməsi nəzərdə tutulub.
Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslər və müəssisə əməkdaşları üçün müasir standartlara uyğun şərait yaradılıb.
Təcridxanada 20 min adda kitabdan ibarət kitabxana fondu yaradılıb və kataloqlar üzrə həmin ədəbiyyat orada saxlanılan şəxslərin istəklərinə uyğun onlara verilir.
Təcridxanada saxlanılan 200-dən çox şəxsin müqəddəs Ramazan ayında oruc tutduğu, həmin şəxslərə xüsusi olaraq səhər və axşam yeməklərinin verildiyi, eyni zamanda məhkumların iftarlarını açması və ibadət etmələri üçün lazımi şəraitin yaradıldığı müəyyən edilib.
Müvəkkilin bu dəfə ayrı-ayrılıqda qəbul etdiyi 20-dən çox təqsirləndirilən və ya məhkum edilmiş şəxslə söhbəti zamanı onlar saxlanılma şəraitindən razı olduqlarını, vaxtında normal qida ilə təmin edildiklərini, müəssisə rəhbərliyinin və əməkdaşların onlara qarşı hər hansı zorakılıq, kobud rəftar hallarına yol vermədiklərini bildiriblər.
Görüş zamanı bəzi saxlanılan şəxslər əsasən barələrində aparılan istintaqdan, məhkəmə qərarlarından və əsassız tutulmalarından şikayət edib, məhkəmə baxışı zamanı verilmiş vəsatətlərinin hakimlər tərəfindən əsas gətirilmədən təmin edilmədiyini, barələrində ədalətsiz qərar qəbul olunduğunu bildiriblər.
Müvəkkil səlahiyyətləri çərçivəsində onların bir neçəsinin məsələsinin obyektiv araşdırılması məqsədilə aidiyyəti qurumalara müraciət edəcəyini, digərlərinə isə qaldırdıqları məsələnin Ombudsamanın səlahiyyətlərinə aid olmadığını bildirərək, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərini onların diqqətinə çatdırılıb.
E.Süleymanova Bakı İstintaq təcridxanasının rəhbərliyinə saxlanılma şəraiti ilə bağlı tövsiyələrini verib.
Pərvin ABBASOV

496