Sabah iş axtaran müəllimlərin ərizələrinə baxılacaq
Sentyabrın axırlarında vakant müəllim yerlərinə növbəti müsabiqəyə start veriləcək
Orta məktəblərə müəllim qəbulu ilə bağlı Təhsil Nazirliyinin internet saytına müraciət etmiş 2000-dən çox müəllimin 1044-ü öz ərizəsini təsdiqləyib. Həmin müəllimlər digər təsdiqedici sənədlərini də təqdim ediblər. Sabahdan isə ərizələrin və təsdiqləyici sənədlər araşdırılmağa başlanacaq.
Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bir vakant yerə cəmi bir ərizə təqdim olunacağı halda bununla bağlı dərhal qərar veriləcək. Bir yerə qarşı iki və daha çox ərizə təqdim olunacağı təqdirdə isə həmin şəxslər üçün ayrıca müsabiqə keçiriləcək.
Misir Мərdanov qeyd edib ki, vakant müəllim yerlərinin tutulması ilə bağlı bütün müraciətlərin nəticələri sentyabrın 20-dək tam şəkildə elan olunacaq. Onun sözlərinə görə, vakant müəllim yerləri olan məktəblərin heç də hamısı bu barədə Təhsil Nazirliyinə məlumat verməyib: “Bizim bu gün məktəb direktorları ilə bir iclasımız oldu. İclasdan sonra məlum oldu ki, heç də bütün məktəblər boş qalan yerlərlə bağlı nazirliyə məlumat məlumatlar verilməyib. Ona görə də sentyabrın sonuna qədər Təhsil Nazirliyi daha bir elan verəcək”.
Nazir xatırladıb ki, son 5 il ərzində 7 minə yaxın müəllim ucqar kəndlərə işləməyə göndərilib. Bu il ucqarlara göndərilən müəllimlərin sayı 1308 olub. Onun fikrincə, Təhsil Nazirliyi ucqar kəndlərdə müəllim çatışmazlığı probleminin 90 faizə qədərini artıq həll edib. Misir Mərdanov əlavə edib ki, müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparılması ucqar yerlərdə müəllim çatışmazlığı problemini tamamilə aradan qaldıracaq: “Bizim bu məsələdə yalnız bir məqsədimiz var ki, o da xüsusi biliyi və qabiliyyəti olan adamların işə götürülməsidir. Əgər Bakıda müəllimlərin işə götürülməsi ilə bağlı siyasəti davam etdirsək, daha çox müəllimi ucqarlara göndərə bilərik”.
Елхан САЛАЩОВ

706