Təqaüdə göndəriləcək müəllimlərin yaş həddi hələ müəyyənləşməyib
Təhsil işçilərinin yaş senzi ilə bağlı məsələni Təhsil Nazirliyi yox, daha yuxarı orqanlar həll edəcəklər. Bu məsələnin həlli Nazirlər Kabinetinə tapşırılıb və yəqin ki, hökumət bununla bağlı qərar qəbul edəcək”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, yaşlı müəllimlərin təqaüdə göndərilməsi ilə bağlı söz-söhbətlər aparılsa da, onların yaş həddi hələ müəyyən deyil.
Nazir qeyd edib ki, dünyanın müxtəlif ölkələrində bu barədə olan qərarlara əsaslanıb, Azərbaycan özü üçün meyar müəyyənləşdirəcək. Onun sözlərinə görə, dünya təcrübəsində yaşı 65-dən yuxarı olan şəxslər dövlət təhsil müəssisələrində işləmir: “Amma 65 yaşdan yuxarı müəllimlərə yaxşı əmək haqqı verilir ki, onunla yaşaya bilsin. Dünyanın elə ölkələri var ki, oranın vətəndaşları təqaüdə çıxmağı özləri üçün böyük şərəf sayırlar. Ona görə də onlar təqaüdə çıxacaqları günü səbirsizliklə gözləyirlər. Düşünürəm ki, vaxt gələcək, Azərbaycanda da belə olacaq”.
Elxan SALAHOV

Oxşar yazılar

Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi
22 aprel 2025 , 10:42