“Kilim mebel” kreditlə satışa başlayıb
Azərbaycan bazarında fəaliyyətini genişləndirən Türkiyənin “Kilim mebel” şirkəti kreditlə əlverişli şərtlərlə mebel satışın başlayıb.
“Kilim mebel” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Angel” MMC-nin direktoru Pərviz Baxşəliyev Lent.az-a açıqlamasında bildirib ki, “Access Bank”la şirkət müqavilə bağlayıb və artıq bu həftədən kreditlə mebel satışı həyata keçirilməyə başlanıb.
Müştərilərin istəyindən asılı olaraq, 3 aydan 24 aya qədər kreditlə mebel satılır. 3 min dollar dəyəri olan mebellərin satışı ilkin ödənişsiz və zaminsiz həyata keçirilir. 3 min manatdan yuxarı isə 10 faiz ödəniş və 1 nəfər zamin tələb olunur.
Pərviz Baxşəliyev deyib ki, artıq ilkin olaraq müştərilərə kreditlə mebel satışı həyata keçirilib.
Qeyd edək ki, bu ilin aprelində “Kilim mebel” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi açılıb. Hazırda şirkətin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 41 A ünvanında 1000 kvadratmetrlik bir mağazası var.
“Kilim mebel” yataq, yemək dəstləri və yumşaq mebellərin istehsalı ilə məşğuldur. Mebellər Türkiyədə istehsal edilir. Azərbaycanda bu məhsullara hər hansı müdaxilə olmur. Şirkətin satdığı bütün mallara 2 il zəmanət verilir.
Müştərilər mebellərin rəngini, o cümlədən yumşaq mebellərin parçasını əvvəlcədən seçərək sifariş verə bilərlər. Satışdan sonra hər hansı sual ortaya çıxarsa, şirkət mebellərə xidməti də həyata keçirir.

2106