Sonuncu imtahanı doqquzuncular verəcək
Sabah əsas (9 illik) təhsil bazasından texnikumlara qəbul üçün ayrılan 9516 yerə qarşı 26408 abituriyent mübarizə aparacaq
Sabah 2009/2010-cu tədris ili üçün 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanı keçiriiləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “Abituriyentin vəsiqəsi”ni sənədlərini 17:00-dək əldə etməlidir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, bu il əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinə 9516 plan yeri ayrılıb. Bu plan yerinə qarşı faktiki sənəd verənlərin sayı isə 26408-dir. Həmin abituriyentlərdən 15958 nəfəri qız, 10450 nəfəri oğlandır.
Komissiyada bildirirlər ki, qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Quba və Göyçay şəhərlərində 50 binada keçirilir. İmtahan bütün binalarda eyni vaxtda - saat 14:00-da başlanır. Bakı şəhərində 11307, Sumqayıtda 2310, Naxçıvanda 824, Gəncədə 3338, Lənkəranda 1525, Mingəçevirdə 1416, Şəkidə 1150, Şirvanda 1572, Qubada 1409, Göyçayda 1557 abituriyent imtahan verəcək. 1697 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 206 imtahan rəhbəri cəlb olunub.
Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq. Nəticələr sentyabrın 5-dək TQDK-nın internet saytında yerləşdiriləcək və qəbul olanların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.
Xatırladaq ki, bu il 9 illik (əsas) təhsil bazasından 672 ixtisas üzrə 47 orta ixtisas məktəbinə qəbul aparılır. 9516 plan yerindən 5652-si ödənişsiz, 3864-ü ödənişli əsaslarla olan ixtisaslardır. Onlardan 8548 yer Azərbaycan bölməsinə (4942 ödənişsiz, 3556 ödənişli), 222 yer rus bölməsinə (145 ödənişsiz, 77 ödənişli), 746 yer isə birgə müsabiqə aparılan ixtisaslara (515 ödənişsiz, 231 ödənişli) aiddir.
Elxan SALAHOV

837