Türkiyənin məşhur “Kilim mebel” şirkəti Bakıda mağazalar şəbəkəsi yaradır
27 avqust 2009 17:00 (UTC +04:00)

Türkiyənin məşhur “Kilim mebel” şirkəti Bakıda mağazalar şəbəkəsi yaradır

Satılan mallara 2 il zəmanət verilir

Türkiyənin “Kilim mebel” şirkəti Azərbaycan mebel bazarında fəaliyyətini genişləndirməyə hazırlaşır.

“Kilim mebel” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Angel” MMC-nin direktoru Pərviz Baxşəliyev Lent.az-a açıqlamasında bildirib ki, bu şirkətin məhsulları son 10 ildə pərakəndə şəkildə Azərbaycanda satılıb. Bu ilin aprelində isə “Kilim mebel” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi açılıb. Hazırda şirkətin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 41 A ünvanında 1000 kvadratmetrlik bir mağazası var.

Pərviz Baxşəliyev deyib ki, “Kilim mebel” şirkəti Bakıda mağazalar şəbəkəsi yaratmağı planlaşdırır. Bir ay sonra Bakının rayonlarının birində ikinci mağazanın açılışı olacaq.

Qeyd edək ki, “Kilim mebel” yataq, yemək dəstləri və yumşaq mebellərin istehsalı ilə məşğuldur. Mebellər Türkiyədə istehsal edilir. Azərbaycanda bu məhsullara hər hansı müdaxilə olmur. Şirkətin satdığı bütün mallara 2 il zəmanət verilir.

Müştərilər mebellərin rəngini, o cümlədən yumşaq mebellərin parçasını əvvəlcədən seçərək sifariş verə bilərlər. Satışdan sonra hər hansı sual ortaya çıxarsa, şirkət mebellərə xidməti də həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1703

Oxşar yazılar