Dərsliklər əvvəl qiymətləndirilir, sonra çap olunur
25 avqust 2009 11:00 (UTC +04:00)

Dərsliklər əvvəl qiymətləndirilir, sonra çap olunur

Dərslikləri Qiymətləndirmə Şurasının qərarı ilə bu il 87 adda 4 milyondan çox dərslik hazırlanıb

2009-2010-cu tədris ilinə respublikamızın ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün 87 adda 4 256 600 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Həmin dərsliklər təlim Azərbaycan və rus dillərində olan orta təhsil müəssisələri üçün nəzərdə tutulub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, bu il həmçinin II sinif şagirdləri üçün kurikulum əsasında 40 adda 1 112 500 nüsxə dərslik və müəllim üçün metodik vəsait də hazırlanıb. 47 adda 3 144 100 nüsxə dərslik isə orta məktəblərin V-XI siniflərində təhsil alan şagirdlər üçün nəzərdə tutulub.

Nazirlikdə bildirirlər ki, yeni hazırlanan dərsliklər prosedur qaydalara uyğun olaraq, Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilir. Bundan sonra Şura müvafiq keçid balını toplayan dərslik komplektlərinin çapa hazırlanması barədə verir. Bu il də eyni qayda ilə çap olunmuş dərsliklərin yeni dərs ilinə qədər ümumtəhsil məktəblərinə çatdırılması üçün lazımi tədbirlər görülür.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1180

Oxşar yazılar