Daha 13 mağazada keyfiyyətsiz məhsul aşkarlandı
24 avqust 2009 20:00 (UTC +04:00)

Daha 13 mağazada keyfiyyətsiz məhsul aşkarlandı

Saxlama müddəti ötmüş 530 kiloqramdan çox qida məhsulu yandırılaraq məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ölkə ərazisində istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Xidmətin keçirdiyi növbəti monitorinqlər zamanı daha 13 mağazada keyfiyyətsiz qida məhsulları aşkarlanıb.

İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a bildiriblər ki, bu mağazalar arasında Bakı və Gəncədə məşhur olan ticarət obyektləri də var. Monitorinq zamanı Bakının Nərimanov rayonunda yerləşən “Hüseyn market”də, “Samir market”də, “Ata market”də, “Lyuks market”də, “Abşeron market”də, “Əsmər market”də, “Dəniz market”də, “Tiso market”də, Natiq Hüseynova məxsus mağazada, Gəncə “Stop” və “Tural” ərzaq malları mağazalarında, Sumqayıt şəhəri 12-ci mikrorayonda Rəşad Qasımova məxsus ərzaq malları mağazasında və Xudat şəhərində yerləşən “Dubay” ticarət mərkəzində ümumi çəkisi 530 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb. Kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidalarından ibarət həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

Bundan başqa, qanun pozuntusuna yol vermiş 13 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati cərimələr tətbiq olunacaq.

Nazirlikdə bildirirlər ki, ümumiyyətlə, mayın 17-dən, yəni “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” qanun qüvvəyə minəndən bəri aparılmış aparılan yoxlamalarda müəyyən edilmiş 45 hüquqi şəxsə 173 min manat, 337 fiziki şəxsə 506 min manat cərimə tətbiq olunub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar