İmtahan sualları əvvəlcədən hazırdır
Vergi orqanlarında işləmək istəyənlər bazar günü test imtahanı verməlidir
Avqustun 30-da vergi orqanlarında işləmək istəyənlər üçün test imtahanları keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi imtahanlara hazırlıq prosesi artıq başa çatıb.
Vergilər Nazirliyindən Lent.az-a bildiriblər ki, namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə 2529 sualdan ibarət test toplusu çap olunub. Namizədlər həmin kitabçalardan istifadə etməklə imtahanda müvəffəqiyyət qazanmaq şanslarını artıra bilərlər.
Nazirlikdə bildirirlər ki, imtahanda namizədlərə müvafiq sahə bilikləri üzrə (hüquq və ixtisas) təqdim olunacaq 80 sual məhz həmin sual bankından seçiləcək. Suallar Azərbaycan Respublikasının Konstitusiyası, prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları, habelə Vergi Məcəlləsi, Әmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Mülki Məcəllə, Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsi və digər qanunvericilik aktlarını əhatə edəcək.
Çap olunmuş test toplusunu yalnız Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının İnzibati binasından almaq olar.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi
22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun işığı kəsiləcək
22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq
22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə pis xəbər alacaq
22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI
22 aprel 2025 , 08:19