Tələbə-abituriyentlərə bir günlük möhlət
18 avqust 2009 15:00 (UTC +04:00)

Tələbə-abituriyentlərə bir günlük möhlət

Ali məktəblərə qəbul olunanlara qeydiyyatdan keçmək üçün daha bir gün vaxt verilib

2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul olunan abituriyentlərin qeydiyyatdan keçməsi üçün verilən möhlət bir gün uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Lent.az-a bildirib ki, ali məktəblərə qəbul olunanların qeydiyyatdan keçmələri üçün bu gün saat 18.00-dək vaxtları var. Son məlumatlara görə, müsabiqədən keçənlərin 90 faizdən çoxu daxil olduqları təhsil müəssisələrində qeydiyyata alınıb və onların əmrləri TQDK tərəfindən universitetlərə göndərilib.

Komissiyada deyirlər ki, bu gün saat 18.00-dək daxil olduqları təhsil müəssisələrində qeydiyyatdan keçməyən abituriyentlərin imtahan nəticələri ləğv olunacaq.

Xatırladaq ki, ali məktəblərin boş qalan yerlərinə qəbul olan abituriyentlər avqustun 21-dək, orta təhsil bazasından texnikum və kolleclərə qəbul olanlar isə avqustun 25-dək qeydiyyatdan keçməlidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar