Bakıda işıqlar söndürüləcək
Borclu abunəçilərə sabah saat 15.00-dək vaxt verilib
Sabah saat 15.00-dan etibarən paytaxt Bakıda və ətraf ərazilərə elektrik enerjisinin verilişində məhdudiyyətlər qoyulacaq. Buna səbəb abunəçilərin istifadə etdikləri elektrik enerjisinin haqqını ödəməməsidir.
“Bakıelektrikşəbəkə” ASC-dən Lent.az-a bildiriblər ki, abonentlərə elektrik enerjisinə görə yaranmış borclarını avqustun 12-si saat 15:00-dək tam şəkildə ödəmələri barədə vaxt verilib. Həmin müddətədək borcunu ödəməyən abunəçilərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.
Səhmdar Cəmiyyətdə bildirirlər ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq.
Xatırladaq ki, borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin “Bakıelektrikşəbəkə”nin internet saytı (www.bes.az) vasitəsilə “onlayn” rejimdə həyata keçirilir.
Elxan SALAHOV

Oxşar yazılar

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?
21 aprel 2025 , 16:50