“Mən proqnozuma cavabdehəm və terrorun qarşısını almağa yardım etməyə hazıram”
07 avqust 2009 20:30 (UTC +04:00)

“Mən proqnozuma cavabdehəm və terrorun qarşısını almağa yardım etməyə hazıram”

Zirəddin Rzayev: “Baş verəcək neqativ hadisənin xüsusi xidmət orqanlarımız tərəfindən qarşısının alınması mümkündür”

Avqustun 4-də məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Vesti.Az saytına müsahibə vermişdi. “Yəqin ki, siz ADNA-da baş verən terror aktından xəbərdarsınız. Gələcəkdə də belə hadisələrin təkrarlanmsı mümkündürmü?” sualına cavab verərkən o, bildirmişdi: “Mən buna bənzər hadisənin 2012-ci ildə olacağını görürəm. Bu ildə terror aktları və sirli ölümlər baş verəcək”.

Bu müsahibə cəmiyyətdə geniş müzakirəyə səbəb olub. Bəzi alimlər müxtəlif mətbuat orqanlarında Z.Rzayevin proqnozlarının həqiqətə uyğun olmadığını bildirərək, onu cəmiyyətdə qorxu yaymaqda ittiham ediblər. Bu gün Zirəddin Rzayev Vesti.Az saytına məktub yazaraq, deyilənlərə münasibət bildirib.

Şəxsiyyətlər

Tarixə və günümüzə nəzər salsaq görərik ki, şəxsiyyətlərə və dahilərə qarşı münasibətlər daim müxtəlif olub. Hətta kainatın əfəndisi, ənbiyalar sərvəri və dunyanın ən dahi insanı olan Peyğəmbərimizi də sehrbaz, şarlatan, cadugər, dəli və s. sözlərlə təhqir edən "canlılar" olub ki, onlar tarixə qarışıb, Peyğəmbərimiz isə dünən də olub, bu gün də var və gələcəkdə də olacaq. Hətta zəmanəmizdə belə Peyğəmbərimizin karikaturasını cəkib onu təhqir etdilər, müqəddəs kitabımız olan “Quran”ı Şeytan ayələri deyə qələmə alıb, dərc etdiLər. Tək Peyğəmbərimiz deyil, bütün dahi və tanınmış insanlara qarşı ictimaiyyətdə daim ikili münasibət olub. Janna D’Arkı sehrbaz, cadugər deyə ittiham etdilər və yalnız ölümündən əsrlərcə sonra onu müqəddəs kimi qəbul etdilər. Mir Mövsüm Ağamızı da incitdilər, onu həbs etmək istədilər və yalnız İlahi güc onlara çirkin əməllərini həyata keçirməyə yol vermədi. Bu gün də Mir Mövsüm Ağamızı sevənlər də var, tam əksinə, ona qarşı kin bəsləyənlər də.

Yadıma psixologiya fakültəsində təhsil aldığım zamanlar düşür, psixologiya elmləri doktoru, professor, konfliktoloq, Təhsil Nazirliyinin Elmi Şurasinin üzvü Ramiz Məmmədzadə həmişə auditoriyada təkrarlayardı ki, konflikt olmayan yerdə inkişaf olmaz. Allah bu dünyada hər şeyi iki v qüsurlu yaradıb ki, özünün tək və qüsursuz olduğunu insanlara çatdırsın. Məhz buna görə də xeyir-şər, gecə-gündüz, yaxşı-pis məfhumları mövcuddur.

"Bakı Xəbər" və "şayiələr"

Ayrı-ayrı incilərdə yazılır ki, insana nə qədər böhtan və şər atırlarsa, Allah tərəfindən o insanın fəziləti bir o qədər artır və günahları bağışlanılır. Bu gün Zirəddin Rzayev haqqında kimlərinsə sifarişi ilə "Bakı Xəbər" və s. bu kimi KIV-lərin uydurduqları şər-böhtanlar olduqca gülməlidir. Ona görə gülməlidir ki, bu qəzet daim kimlərəsə şər-böhtan atmaqla ozünə oxucu kütləsinin diqqətini cəlb etməkdədir. Sübutu çox asan və məntiqidir, qəzet daim sşiyələrə əsaslanır. Əslində isə şaiyələrə yox, öz fantaziyalarını şaiyə adı altında dərc edib, xalqı çaşdırmaqdadır. Bəzən isə mövcud olmayan jurnalistin adı altında yazılar dərc edirlər, məhkəmə anında isə KİV haqqında qanunları pozan jurnalistin kənar ölkənin vətəndaşı olduğunu, işdən azad olunduğunu və Azərbaycanı tərk etdiyini söyləyirlər. Gülməlidir, deyilmi? Qəzetin Gülnaz Çələbiyeva adlı jurnalistinin mənim haqqımda yazdığı böhtandan bir fraqmenti sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm. Qəzet yazır:

"İctimaiyyət arasında gəzən şayiələrə görə Zirəddin Rzayevin son zəng günü Bakıda qanlı terror aktı həyata keçiriləcəyi, kütləvi insan tələfatı olacağı barədə proqnoz verib, orta məktəb məzunlarını həmin gün kütləvi tədbirlər həyata kecirməməyə çağırıbmış. Hətta deyilənlərə görə, Zirəddin Rzayev "gözlənilən hadisə" ilə əlaqədar güc strukturlarını da xəbərdar edib".

“Bakı Xəbər”dən verdiyim fraqmentə nəzər salsaz görərsiz ki, "gəzən şayiələrə görə", "deyilənlərə görə" və s. bu kimi ifadələr onların necə saxtakar və böhtan sahibləri olduqlarını üzə çıxarmaqdadır. Onlar şayiələrdən başqa heç bir dəlilə əsaslana bilmirlər. Əgər mən son zəng günü terror aktının baş verəcəyini demişəmsə, hələ xüsusən də güc strukturlarına, onlar məni nə əcəb rahat buraxdılar? Ən gülməli olanı isə odur ki, Zirəddin Rzayev ölməyib və mənimlə əlaqə saxlayıb, şaiyələri dəqiqləşdirə bilərdilır. Hansi ki, bu "Bakı Xəbər"ə xeyir etməzdi və bunun arxasında duranlar vardı. KİV haqqında qanunların bir tələbi də jurnalistin canlı müsahibəyə, şəkilə, videolentə və s. faktlara əsaslanmasıdır. Əks təqdirdə, məhkəmədə cavab verməli olacaqlar. Mən bu baxımdan bütün xalqımı birliyə səsləyirəm və onlara bildirmək istəyirəm ki, müəllifi, tarixi, məkanı-zamanı bilinməyən bu kimi şarlatanların yazılarına əhəmiyyət verməsinlər. Hər şey "gəzən şayiələrə" görə yazılsa idi, mən də "Bakı Xəbər" kimi "YALAN informasiya agentliyinin" və orada fəaliyyət göstərənlərin ünvanına istədiklərimi uydurardım.

Fizioloq Rəşid psixiatr qılığında

Qəzet mənə qarşı növbəti hücumunda fizioloq Rəşid Mahmudovu psixiatr kimi təqdim edib. Rəşidin dediklərinə görə, mən 2012-ci illə bağlı verdiyim proqnozla xalqı qorxuya salmışam. Həmçinin fizioloq Rəşid psixiatr simasında çıxış edərək bildirir ki, bunlar hamısı yalandır və buna nümunə olaraq "Bakı Xəbər"in son zəng günü ilə bağlı uydurmasını nümunə gətirir. Cavab olaraq demək istəyirəm ki, ruhi xəstə olsam, Rəşid kimi mən də nəvəm yaşında uşaqla rəqabət aparıb, ona şər-böhtan atardım, həmçinin "Bakı Xəbər" kimi "şayiələr" adı altında ağzıma gələni yazardım.

Mən öz öncəgörmələrimlə xalqıma xidmət edirəm, vətənimin və millətimin keşiyində dururam. 2011-ci ilin axırlarında mən 2012-ci ilə aid verdiyim proqnozla bağlı daha dərindən işləyəcəyəm və terrorun qarşısını almaq üçün daha geniş fəaliyyət göstərəcək və açıqlama verəcəyəm.

Onu da qeyd etmək yerinə düşərdi ki, müasir zəmanəmizdə zəlzələ, qasırğa və s. bu kimi təbii fəlakətləri müasir elm qabaqcadan xəbər verir və tədbirlər görülür. Mənim verdiyim proqnozlar isə bu baxımdan tam normaldır, bəzi anormallar istisna olmaqla. Baş verəcək neqativ hadisənin xüsusi xidmət orqanlarımız tərəfindən qarşısının alınması mümkündür. Mən də bir azərbaycanlı kimi nəinki köməyimi, dualarımı da xalqımın üstündən əskik etməyəcəyəm.

Qaldı fizioloq Rəşidə, ona iki sualım var: Tovuzun Qovlar qəsəbəsində baxıcı kimi fəaliyyət göstərən Zəhra adlı xanım onun nəyidir? Həmçinin onu bir ekstrasens kimi qəbul edirmi? Əgər bu suallara cavab verə bilsə, mən onun "fərd" yox, "şəxsiyyət" olduğunu etiraf edəcəyəm. Ay Rəşid! Fizioloqsan, otur fizioloq yerində, get ilan-qurbağanı yar və öz səviyyəndə şər-böhtanla "Bakı Xəbər" kimi "şayiələrə" əsaslanan KIV vasitəsilə xalqı çaşdırma.

Babam yaşında kişisən, özünə hörmət qoy. Yalan ayaq tutar, yeriməz.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921

Oxşar yazılar