“Bakı İslam Universitetinin rayon filialları fəaliyyətini dayandırır”
07 avqust 2009 20:00 (UTC +04:00)

“Bakı İslam Universitetinin rayon filialları fəaliyyətini dayandırır”

“Bakı İslam Universitetinin rayon filialları fəaliyyətini dayandırır. Bu ildən universitetin rayon şöbələrinə tələbə qəbulu aparılmayacaq”.

Bunu APA-ya açıqlamasında Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli bildirib. Rektor, həmçinin bu il universitetə qəbulla bağlı da müəyyən gecikmənin olduğunu söyləyib: “Etiraf etməliyəm ki, bu il İslam Universitetinə qəbulla bağlı gecikmə var. Bu da Təhsil Nazirliyi tərəfindən İslam Universitetinə verilməsi nəzərdə tutulan lisenziyanın gecikməsi ilə bağlıdır”.

S.Həsənli həmçinin Təhsil Nazirliyi tərəfindən veriləcək lisenziyada yeni qəbul qaydalarının da yer aldığını qeyd edib: “Universitetimiz bu günədək lisenziyasız fəaliyyət göstərib. “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişiklikdən sonra isə İslam Universitetinin dövlət qeydiyyatına alınması, yəni legitimləşdirilməsi məsələsi ortaya çıxdı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsinin Təhsil Nazirliyi ilə birgə apardığı müzakirələr nəticəsində universitetə lisenziya verilməsinə razılıq verildi. Lisenziya verilmədən isə universitetə qəbul aparmaq qanunla yolverilməzdir”.

Onun sözlərinə görə, lisenziya veriləndən sonra universitetin fəaliyyətində bəzi dəyişiklər baş verəcək: “Veriləcək lisenziyanın şərtlərinə əsasən universitetin rayon şöbələri fəaliyyətini dayandırmalıdır. Məhz buna görə də bu ildən İslam Universitetinin Zaqatala, Lənkəran və sairə şöbələrinə qəbul olmayacaq. Lakin həmin şöbələrdə oxuyan tələbələr İslam Universitetinin tələbəsi kimi təhsillərini davam etdirəcəklər. Onlara şərait yaradılacaq ki, təhsillərini başa çatdırsınlar. Bundan sonra isə bütün rayon şöbələri fəaliyyətini tam dayandıracaq”.

Qeyd edək ki, Bakı İslam Universiteti 15 ildən artıqdır, fəaliyyət göstərir. Hazırda universitetin, rayon şöbələri də daxil olmaqla 1000-dən çox tələbəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04