550-dən çox bal topladı, ali məktəbə daxil olmadı
07 avqust 2009 19:15 (UTC +04:00)

550-dən çox bal topladı, ali məktəbə daxil olmadı

Səbəb, abituriyentin dövlət ali məktəblərinin ödənişsiz ixtisaslarını seçməsidir

Bu ilki imtahanlarında bir nəfər 550-574 bal intervalında nəticə göstərib, lakin ali məktəbə qəbul olunmayıb. III ixtisas qrupuna sənəd vermiş həmin abituriyentin ali məktəblərə daxil ola bilməməsinin səbəbi dövlət ali məktəblərinin ödənişsiz ixtisaslarını seçməsidir.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, buna oxşar hallar IV ixtisas qrupu istisna olmaqla bütün qruplarda qeydə alınıb. Məsələn, I ixtisas qrupunda 325-350 bal intervalında nəticə göstərən 1 abituriyent də eyni səbəb üzündən heç bir ali məktəbə qəbul ola bilməyib. Halbuki, bu qrupda 250-dən yuxarı bal toplayan abituriyentlərin hamısı tələbə adını qazana bilib. II qrupda isə 350-374 bal intervalı arasında nəticə göstərmiş 1, 325-349 bal arasında nəticə göstərmiş 24, 300-324 bal toplamış 77, 275-299 bal toplamış 349, 250-174 bal toplamış 914 abituriyent heç bir ali məktəbə daxil olmayıb. Bütövlükdə bu qrupda müsabiqədə iştirak etmiş 914 abituriyent tələbə adınını qazana bilməyib.

IV ixtisas qrupunda isə qabiliyyət tələb etməyən ixtisasların hamısı dolub. Məleykə Abbaszadə bildirib ki, bu qrupda yalnız bir neçə regional ali məktəblərdə boş yerlər qalıb. Belə ixtisaslar yalnız qabiliyyət tələb edən idman və bədən tərbiyəsi ixtisaslarıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951

Oxşar yazılar