“Donuz qripi” təhlükəsi ilə əlaqədar ciddi tədbirlər görülür
Bəzi sərhəd gömrük-buraxılış məntəqələrində uzaq məsafədən insan bədəninin hərarətini ölçən cihazlar quraşdırılıb
Azərbaycanda A/H1N1 virusu (“donuz qripi”) və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq iş aparılır.
Dövlət Gömrük Komitəsinin (DGK) APA-ya verilən məlumata görə, bununla əlaqədar, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı, əzələ və oynaq ağrıları və s. simptomlarla özünü büruzə verən, xəstəliyi hava-damcı yolu ilə sağlam insanlara keçirə bilən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlaması həyata keçirilir. Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün lazımi şərait yaradılıb və zəruri əşyalarla təchiz olunmuş yerlər müəyyənləşdirilib.
Bununla yanaşı, xüsusi qoruyucu geyimlərdən istifadə etməklə, mütəmadi olaraq nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirləri də həyata keçirilir. Fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin «baş bəyannaməsi» sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir. Həmçinin rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün mütəmadi əlaqə mexanizmləri müəyyənləşdirilib.
DGK tərəfindən uzaq məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) alınıb və bəzi sərhəd gömrük-buraxılış məntəqələrində quraşdırılıb. Bununla yanaşı, DGK Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinə müraciət edərək «Beynəlxalq Tibbi-Sanitariya Qaydaları» və «Azərbaycan Respublikasında Qrip Pandemiyasına hazırlıq üzrə Milli Plan» adlı sənədləri əldə edib. Bu sənədlər xidməti işdə istifadə olunması üçün aidiyyəti gömrük orqanlarına göndərilib.
A/H1N1 qripi xəstəliyi qeydə alınan dövlətlərdən gələn əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları haqqında müvafiq məlumatlar toplanılaraq Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinə təqdim edilir.

802