İstintaq təcridxanasında saxlanılan qadın aclıq edir
İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Ombudsman Elmira Süleymanovanın ünvanına daxil olmuş müraciətləri araşdırmaq məqsədiylə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına baxış keçiriblər.
Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
Ombudsman Aparatının əməkdaşları həmin müəssisədə saxlanılan, Elmira Süleymanovaya müraciət etmiş bir neçə şəxslə görüşərək söhbət aparıb, onlara hüquqlarını, Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını və insan haqları üzrə müvəkkilin səlahiyyətlərini izah ediblər. Görüş zamanı həmin şəxslər təcridxanada saxlanıldıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini bildiriblər və saxlanma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını söyləyiblər.
Söhbət aparılanlar içərisində Aybəniz Əliyeva barəsində istintaqın qeyri-obyektiv aparılmasından narazı olduğunu və buna etiraz olaraq aclıq aksiyası keçirdiyini deyib. Ombudsman Aparatının əməkdaşları Aybəniz Əliyevaya hüquqlarını izah edib və onun şikayəti ilə əlaqədar Elmira Süleymanova tərəfindən baş prokurora müraciət olunduğunu nəzərə çatdırıblar.
Ombudsmanın nümayəndələri müəssisəyə ümumi baxış keçiriblər və istintaq təcridxanasının rəhbərliyinə saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə veriblər.
Lent.az

924