Özünü şeytana bənzətmək üçün hər yerini kəsdirdi
16 iyul 2009 11:29 (UTC +04:00)

Özünü şeytana bənzətmək üçün hər yerini kəsdirdi

“Cəhənnəmdən gələn” var

İki uşaq atası, 43 yaşlı ingilis Qavin Paslov özünü şeytana oxşatmaq üçün hər cür əziyyətə qatlaşıb.
Lent.az.-ın türk mətbuatına istinadən yaydığı məlumata görə, Böyük Britaniyada bu əcaib insanın gecələr, saat 17.00-dan səhər saat 05:00 arası küçələrdə gəzməsi qadağan olunub. Qərarın çıxarılmasına səbəb insanlar gecələr “şeytan”la rastlaşan zaman qorxmalarıdır.

Qeyd edək ki, Qavin Paslov özünü şeytana bəzətmək üçün özünü cərrahi əməliyyat etdirib və başında iki buynuz olması üçün bu buynuzlardan hər biri üçün 200 avro ödəyib. O, gözlərinə linza taxıb. Bu linza onun gözlərini sürünənlərin gözünə oxşadır. Elə dilini də sürünənlərdə olduğu kimi 180 avroya cərrah bıçağıyla iki yerə böldürüb. Qavin Paslov dişlərini vampir görünüşlü etmək üçün isə 560 avrosundan keçib.

Qavin Paslovun ən böyük xəyalı bir quyruğa sahib olmaqdır. Ancaq tibb elmi hələ bir insana quyruq düzəldəcək səviyyədə inkişaf etməyib. Lakin o, gələcəkdə belə bir quyruğa sahib ola biləcəyinə inanır.
Bu şəxs şeytan görünüşünə yiyələndikdən sonra özünə “Diablo Delenfer” ləqəbi götürüb. Bu da “cəhənnəmdən gələn” mənasını verir.
Gavin Paslowun 15 yaşındakı qızı atasının bu halından utandığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987

Oxşar yazılar