Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı azaldılıb
14 iyul 2009 16:15 (UTC +04:00)

Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı azaldılıb

Onların sayı 6 mindən 2 min nəfərə düşüb

Bu il Azərbaycana Həcc ziyarəti üçün ayrılan kvota azaldılıb.


Lent.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bu gün keçirdiyi mətbuat konfransında deyib. İdarə sədri bu qərarın dövlət məsləhətləşmə aparılandan sonra verildiyini söyləyib. Ötən il bu rəqəm 6 min idisə, bu il Həccə gedənlərin sayı 2 min nəfər olacaq.


“Müqəddəs ziyarət gedənlərin sayının azaldılmasına səbəb bütün dünyada A/H1N1 virusunun sürətlə yayılmasıdır. İki min nəfərin xəstəliyə yoluxmasının qarşısını almaq altı min nəfərdən daha asandır”, - deyə o, bildirib.


Şeyxülislam Həcc ziyarətinə gedənlərin səfərdən əvvəl peyvənd olacaqlarını da istisna etməyib.


Pərvin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978

Oxşar yazılar