“Bu gündən “Təzə Pir” məscidində yeni ənənənin əsasını qoyduq”
Allahşükür Paşazadə bildirir ki, məsciddə istənilən müsəlman ibadət edə bilər
““Təzə Pir” məscidində istənilən müsəlman ibadət edə bilər”. APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib. “
Təzə Pir” məscidində bu gün keçirilən Cümə namazından sonra jurnalistlərə açıqlama verən Allahşükür Paşazadə bunun məsciddə qılınan ilk Cümə namazı olduğunu bildirib: “İndiyə qədər bu olmayıb. Bu, bir yenilikdir. İndiyə kimi məzhəblər - sünnilərlə şiələr arasında müəyyən problemlər vardı. Belə bir fikir formalaşmışdı ki, sünnilər Cümə namazı qılır, şiələr yox. Bu da müəyyən təriqətlər arasında təfriqəyə yol açırdı. Bu gün isə artıq elə bir ənənənin əsası qoyulur ki, bundan sonra burada istənilər müsəlman gəlib ibadət edə bilər. Dövlət başçısının maddi, mənəvi dəstəyi ilə məscid təmir olunub. Bura bütün insanlar üçün açıqdır. İstənilən şəxs burda ibadət edə bilər. Heç bir problem olmayacaq. İnanıram ki, burda qılınan Cümə namazı müsəlmanların birliyinə xidmət edib, aradakı nifaqın götürülməsinə imkan yaradacaq”.
Şeyxülislam onu da deyib ki, məscidin açılış günü də İslam dini üçün müqəddəs olan şəxslərin mövludu günlərinə təsadüf edir.

894