Hüseyn Arabul ailəsi ilə görüşmək istəyir
08 iyul 2009 19:30 (UTC +04:00)

Hüseyn Arabul ailəsi ilə görüşmək istəyir

Ombudsman Aparatının əməkdaşları türkiyəli iş adamı ilə görüşüblər

İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, ünvanına daxil olmuş müraciətləri araşdırmaq məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baxış keçiriblər. Bu barədə Lent.az-a Aparatın mətbuat xidmətindən bildirilib.

Aparatın əməkdaşları həmin müəssisədə saxlanılan, Ombudsmana müraciət etmiş şəxslərlə görüşüb söhbət aparıb, onlara hüquqlarını, Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını, Müvəkkilin səlahiyyətlərini izah ediblər. Görüş zamanı həmin şəxslər təcridxanada saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini qeyd etmiş, saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını söyləyiblər.

Söhbət aparılmış bir neçə şəxs barələrində açılmış cinayət işinin qeyri-obyektiv aparılmasından və ədalətsiz məhkəmə qərarlarından narazı olduqlarını bildiriblər.

Müvəkkilin nümayəndələri eyni zamanda təcridxanada saxlanılan türkiyəli iş adamı Hüseyn Arabulla da görüşüb, o, saxlanılma şəraitindən, ona qarşı rəftardan narazılıq etməyib. Eyni zamanda o, ailəsi ilə görüşməkdə yardımçı olmasını Müvəkkildən xahiş edib.

Saxlanılan şəxslərin qaldırdıqları məsələlərin Müvəkkilə çatdırılacağı, səlahiyyətləri çərçivəsində tədbir görəcəyi bildirilib.

İstintaq Təcridxanasının rəhbərliyinə tövsiyələr verilib.

Qeyd edək ki, yeni istifadəyə verilmiş təcridxanada hazırda 1200 nəfər təqsirləndirilən şəxs qismində saxlanılır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar