Gəncənin “Xan bağı”na Qafqaz dələləri gətirilib
01 iyul 2009 12:30 (UTC +04:00)

Gəncənin “Xan bağı”na Qafqaz dələləri gətirilib

Bununlada parkdakı dələlərin sayı 15-ə çatıb

İyulun 1-də Gəncənin ən qədim bağlarından olan, zəngin bitki aləmi ilə insanları özünə cəlb edən “Xan bağı” istirahət guşəsinə Qafqaz dələləri gətirilib. Zaqataladan gətirilən 10 dələnin parkda yaradılan canlı guşəyə buraxılması ilə dələlərin sayı 15-ə çatıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və ictimaiyyət nümayəndələri də heyvanat guşəsi ilə tanışlıq üçüq parkda olub. Gəncə şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abid Əliyevin Lent.az-ın Gəncəbasar müxbirinə bildirdiyinə görə, 2003-cü ildən parkda yaradılan guşədə dələlərlə yanaşı, Qayqaz maralı, ceyran, qu quşları, flaminqolar, qızıl qazlar və tovuz quşları da saxlanılır. Guşənin zənginləşdirilməsi işləri bundan sonra da davam edəcək. Bu isə həm əhalinin mənalı istirahətini təmin edir, həm də heyvanların saxlanılması baxımından təcrübəni artırır. Onların iqlimə uyğunlaşması prosesi izlənilir. Əldə olunan təcrübə isə yaxın gələcəkdə sahəsi təxminən 300 hektara çatan Heydər Əliyev parkında da canlı guşənin yaradılmasını asanlışdıracaq.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1193

Oxşar yazılar