Magistraturaya əlavə qəbul aparılacaq
Boş qalmış yerlərə ərizələrin qəbulu iyulun 28-dən 30-dək keçiriləcək
2009-2010-cu tədris ili üçün ali məktəblərin magistratura pilləsində boş qalmış yerlərə yenidən qəbul aparılacaq. Bunun üçün bakalavrlar iyulun 28-dən 3-dək ərizələrini sənəd qəbulu komissiyalarına təqdim etməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə Lent.az-a bildirib ki, müsabiqəyə yalnız iyunun 21-də ikinci mərhələ üzrə test imtahanlarında iştirak etmiş bakalavrlar buracılır.
Xatırladaq ki, 2009-2010-cu tədris ili üçün ali məktəblərin magistratura pilləsinə iki mərhələli imtahandan sonra 1617 magistr yeri boş qalıb. Belə ki, iyunun 21-də keçirilən imtahanların ikinci mərhələsindən sonra ali məktəblərin magistraturasına ayrılan 5 min 168 plan yerindən cəmi 3551-i tutulub. Boş qalan yerlərin siyahısına əsasən, ən çox vakant yerlər Texniki Universiteti ilə Memarlıq və İnşaat Universitetindədir.
Elxan SALAHOV

1067