Salyanlı sahibkarlar Fərhad Əliyevin qohumundan şikayətlənir
Bu gün Salyan rayonundan olan bir qrup sahibkar Bakıda mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, “Salyan Sənaye Bazarı”nın müdiri Füzuli Həsənov rəhbəri olduğu bazara giriş-çıxış yollarının bağlandığından şikayətlənib. Onun sözlərinə görə, bazarın yolları 2003-2004-cü illərdə Salyan şəhər Bələdiyyəsinin sədri Vaqif Hüseynov tərəfindən bağlanılıb: “Vaqif Hüseynov hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə qudadır. Belə ki, Vaqif Hüseynovun oğlu Fərhad Əliyevlə bacanaqdır. Fərhad Əliyev nazir olan vaxt ona arxalanan Vaqif Hüseynov bazara gedən yolda özünə dükanlar tikdirib. O, 12 dükanın hər birini 200 dollara icarəyə verib. Bazara gedən yol o qədər tutulub ki, bir yanğın baş versə, yanğısöndürən maşınlar ora girə bilməz. Hətta piyada adamların da gediş-gəlişi çətindir. Bizim bazarla yanaşı olan şəhərin “Kolxoz bazarı”na gedən yolumuz eynidir. Yəni, o bazarın da yolu bağlanıb”.
F.Həsənov rəhbərlik etdiyi bazarda 100-ə yaxın şəxsin çalışdığını, bura Salyan və ətraf rayonlardan alıcıların gəldiyini deyib: “Bazarda əsasən geyim əşyaları, bir sözlə sənaye malları satılır. Bazar 1984-cü ildə tikilib, ərazisi 70 sotdur. Bütün sənədləri qaydasındadır”.
Digər şikayətçi – yol kənarında 20 min dollara dükan alan Yusif Həsənov da sabiq bələdiyyə sədrindən şikayətlənib: “Dükanı təzə almışdım ki, Vaqif Hüseynov gəlib dedi çıx burdan, bura mənimdir. Mən isə çıxmadım. Dükanda oturduğum vaxt bir də gördüm polis və ağır texnika ilə gəldilər. Mən dükanın içərisində olan vaxt texnika tikilini sökməyə başladı. Ağır panellərdən biri az qalmışdı üzərimə düşsün. Oradan çıxandan sonra isə Vaqif Hüseynov arxamdan təpik vurub məni qovdu. Bu, 2004-cü ildə, yəni Fərhad Əliyev nazir vəzifəsində çalışan vaxt baş verib”.
Şikayətçilər məsələ ilə bağlı Salyan rayon İcra Hakimiyyətinə müraciət etdiyini, lakin bunun xeyri olmadığını bildiriblər: ”Biz pozulan hüquqlarımızın bərpasını tələb edirik”.
Pərvin ABBASOV

1686