Texnikumlarda ixtisaslar üzrə plan yerləri gələn həftə dərc olunacaq
12 iyun 2009 19:00 (UTC +04:00)

Texnikumlarda ixtisaslar üzrə plan yerləri gələn həftə dərc olunacaq

2009/2010-cu tədris ili üçün əsas (9 illik) təhsil bazasından orta ixtisas təhsili məktəblərinə sənəd qəbulu üzrə plan yerləri və ixtisasların sayı gələn həftə “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Həmin jurnalın iyunun 16 və ya 17-də satışda olacağı gözlənilir.

Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, 9 illik (əsas) təhsil bazasından texnikumlara qəbul imtahanında abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verəcəklər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunacaq.

Xatırladaq ki, rus bölməsinin abituriyentləri ana dili fənni bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan verirlər. Rus bölməsinin abituriyentlərinə Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunacaq.

Elxan SALAHOV
# 1094

Oxşar yazılar