“QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” mükafatlandırılacaq
Media İnkişaf Mərkəzi KİV-in monitorinqinə başlayıb
Media İnkişaf Mərkəzi İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Birlikdən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sifarişi ilə icra olunan “Azərbaycanda üçüncü sektorun inkişafına media dəstəyi” layihəsi çərçivəsində KİV-də QHT fəaliyyətinin işıqlandırılması məsələsi təşkilat tərəfindən monitorinq edilir.
Monitorinq zamanı gündəlik qəzetlərdə, telekanallarda və internet saytlarında QHT fəaliyyətinə, QHT-lərə Dövlət Dəstəyi Şurasının işinə, Şuranın milli donor kimi maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinə, ümumiyyətlə, ictimai sektora aid məlumat və materialların yayımı izlənəcək. Nəticələr əsasında “QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” nominasiyası üzrə qaliblər müəyyən ediləcək və onlara pul mükafatları veriləcək. Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparılacaq:
- müntəzəmlik
- ictimai aktuallıq və səmərəlilik
- əhatəlilik
- obyektivlik
- operativlik
Monitorinqin nəticələri 2009-cu ilin dekabr ayında elan olunacaq. Mükafat fondu 3000 manatdır.
Məlumat və materialları hazırlayan, yayan qəzetlər, televiziyalar və saytlar üzrə ayrı-ayrılıqda ilk üç yerin sahibləri aşağıdakı qaydada mükafatlandırılacaq:
1-ci yer: 400 manat
2-ci yer: 300 manat
3-cü yer: 250 manat
Monitorinqə cəlb edilmiş başqa KİV və jurnalistlərə isə həvəsləndirici mükafatlar veriləcək.

725