Donor təşkilatlar regionlara dəstək verəcək
“2009-2013-cü illərdə Azərbaycan Respublikasında regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrasına beynəlxalq maliyyə institutları və donor təşkilatlar da cəlb olunacaq. Artıq bununla bağlı bir sıra donor təşkilatlara təkliflər verilib.
İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a bildiriblər ki, dövlət proqramının icrasında Avropa Komissiyası, BMT, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə qurumları iştirak edə bilər. Bununla bağlı adıçəkilən beynəlxalq qurumlarla məsləhətləşmələr də aparılıb. Həmçinin qarşıdakı 4 il ərzində regionlarda həyata keçiriləcək iqtisadi və sosial yönümlü layihələr də bu qurumların nümayəndələrinə
təqdim olunub.
Nazirlikdə bildirirlər ki, xarici və beynəlxalq donor təşkilatların dövlət proqramının icrasına cəlb edilməsində məqsəd həmin layihələrin səmərəliliyini artırmaq və qabaqcıl təcrübənin Azərbaycanda geniş yayılmasına şərait yaratmaqdır. Bir sıra donor təşkilatlar 2009-2013-cü illəri əhatə edən sosial-iqtisadi layihələrin reallaşmasında iştirak edəcəklərini bildiriblər.
Elxan SALAHOV

1516