QHT-KİV münasibətlərini necə yaxşılaşdırmalı?
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkil etdiyi konfransda bu məsələ geniş müzakirə olundu
Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT-KİV münasibətləri” mövzusunda konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Şuranın sədri, millət vəkili Azay Quliyev açaraq, konfransın məqsədi barədə danışıb. A.Quliyev tədbirdə KİV-QHT münasibətlərinin qurulmasında zəif və güclü cəhətlərin danışılacağını deyib və hər bir konfrans iştirakçısından təklif gözlədiklərini qeyd edib. O, son illərdə dövlət başçısı tərəfindən həm QHT-lər, həm də KİV-lərlə bağlı konkret qərarlar qəbul edildiyini xatırladaraq bunun hər iki sektorun inkişafına xidmət etdiyini bildirib.
A.Quliyev QHT-lərin fəaliyyətinin KİV-də işıqlandırıldığını deməklə yanaşı, bəzən bu sektorun KİV tərəfindən haqlı-haqsız hədəfə götürüldüyünü deməyi də unutmayıb.
Bununla belə, Şura sədri QHT-KİV əlaqələrinin lazımi səviyyədə olmamasının səbəbkarı kimi təkcə KİV-ləri deyil, QHT-ləri də göstərib.
“Azadlıq” qəzetinin baş redaktor müavini Sücəddin Şərifov konfransda ilk məruzəçi olaraq “QHT fəaliyyətinin KİV-də işıqlandırılması mexanizmləri, mövcud olan problemlər” mövzusunda çıxış edib. O, QHT-mətbuat münasibətlərindəki uğurlardan danışaraq, konkret misallar çəkib. Bununla yanaşı, S.Şərifov problemlərdən də danışıb. Onun sözlərinə görə, jurnalistlər bəzi QHT-lərdən məlumat almaq üçün onların rəhbərlərini, yaxud nümayəndələrini axtarmaqda maraqlıdır: “Bu sıraya daşınmaz əmlakla və inflyasiya ilə bağlı hesablama aparan, neftçilərin hüquqlarını müdafiə edən, miqrasiya məsələləri ilə məşğul olan və s. QHT-lər aiddir”.
S.Şərifovun sözlərinə görə, qəzet redaksiyalarının hər bir QHT-nin tədbirinə müxbir göndərməyə imkanı çatmır ki, bununla bağlı boşluğu da QHT-lər özləri doldurmalıdır. Yəni, xəbər hazırlayıb KİV-ə göndərməlidir: “Lakin bəzən QHT-lərin göndərdiyi belə xəbərlər elə tərəfli, qərəzli olur ki, onu qəzetə vermək mümkünsüzdür”.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Səfər Alışarlı isə “QHT-lərin KİV-lə əməkdaşlığında problemlər” mövzusunda məruzə ilə çıxış edib. O, bir sıra KİV-lərin qərəzindən şikayətlənib: “Bəzi KİV-lər hələ də Şuranın axırıncı qrant müsabiqəsində qalib gələ bilməyən QHT-lərin haqsız iradlarına yer verirlər. Bizim buna iradımız yoxdur. Ancaq belə yazı hazırlayanda Şura nümayəndəsini də mövqeyi öyrənilib əlavə edilməlidir. Bu, ümumi işin yalnız xeyrinə olar”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev xaricdən maliyyələşən və qərəzli mövqe sərgiləyən QHT-lərin reallaşdırdığı layihələrin işıqlandırılmasının düzgün olmadığını bildirib.
“Yeni Müsavat” qəzetinin redaktoru Zabil Müqabiloğlu yalnız bəzi QHT-lərin fəaliyyətinin, reallaşdırdığı layihələrin KİV üçün maraqlı olduğunu, bu səbəbdən də mətbuatın onlara yer verdiyini deyib: “Bir sıra QHT-lər isə yalnız KİV rəhbəri ilə şəxsi münasibətlərin yaxşı olduğuna görə həyata keçirdiyi layihə ilə bağlı xəbərin işıqlandırılmasına nail olur”.
Bununla yanaşı, Z.Müqabiloğlu deyib ki, QHT-lər qrant layihəsi hazırlayarkən, onların mətbuatda işıqlandırılması üçün xərcləri də layihədə göstərməlidir.
“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev isə təklif edib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nəzdində piar xidməti yaradılmalı, bununla da informasiyalarını yaya bilməyən QHT-lərə kömək göstərilməlidir.
“Lent.az” Portalının baş redaktoru, Media İnkişaf Mərkəzinin rəhbəri Qabil Abbasoğlunun sözlərinə görə, QHT-lər KİV-in diqqətini çəkmək üçün maraqlı layihələr işləməyə, media üçün diqqətçəkən işlər görməyə çalışmalıdırlar. Başqa sözlə, QHT-lər media üçün informasiya mənbəyi olaraq əhəmiyyətini artırmalıdır. Bununla yanaşı, QHT sektoruna diqqəti artırması üçün KİV-in stimullaşdırılmaslna ehtiyac var”.
Q.Abbasoğlu rəhbərlik etdiyi Media İnkişaf Mərkəzinin Şuranın sifarişi ilə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV-in müəyyən edilməsi ilə bağlı layihə həyata keçirdiyini, bunun tərkib hissəsi olaraq jurnalistlər üçün treninqlərin nəzərdə tutulduğunu deyib.
Tədbirdə bir sıra başqa KİV və QHT rəhbərləri, həmçinin millət vəkilləri Lalə Abbasova, Fazil Qəzənfəroğlu, Aynur Camalqızı və başqaları çıxış edib.
Sonda çıxış edən Azay Quliyev tədbirdə səslənən bütün təkliflərin öyrəniləcəyini, nəzərə almağa çalışacaqlarını deyib.
Pərvin ABBASOV

816